Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ordubadda tikintidə ölüm faktı ilə bağlı iş məhkəməyə göndərilib

Tikinti işləri zamanı şəxsin ölməsi ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan verilən xəbərə görə, Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının İlham Hüseynova dəyməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elxan Hacıyev tərəfindən tikinti işlərinin aparılmasına səlahiyyət verən sənəd olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparılmasına, həmin tikintidə sürücü-operator işləyən Ümid Quliyevin isə əmək mühafizəsi qaydalarını pozmasına dair əsaslı şübhələr müəyyən edilib.

 
Toplanmış sübutlara əsasən, Elxan Hacıyev Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla tikinti işləri aparma), Ümid Quliyev isə həmin məcəllənin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Ordubad Rayon Məhkəməsinə göndərilib.

Poliqon.info 


Etiket: Məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Həkim əməliyyatda səhvə yol verdi - Qadın hər iki ayağını itirdi

Ukraynanın Kursk vilayətinə hücumu: Pentaqon Kiyevə kəşfiyyat məlumatları verir...

Anar Məmmədov seçki kampaniyası başlamamış təbliğata başlayıb - Fotofakt

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb - Yenilənib

Paris-2024: Giorgi Meşvildişvili yarımfinalda!    

Ən çox oxunanalar