Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ordusu müharibənin başlamasından bəri olan itkilərini açıqlayıb

İsrail ordusu müharibənin başlamasından bu yana 501 hərbçisinin öldüyünü açıqlayıb...

Poliqon xəbər verir ki, İsrail Müdafiə Qüvvələri cümə axşamı oktyabrın 7-dən etibarən Yaxın Şərqdə münaqişənin kəskinləşməsi zamanı itkilərini açıqlayıb. İsrail hərbçiləri arasında ölənlərin sayı 501-ə çatıb, 2,1 mindən çox əsgər yaralanıb.

İDF-nin rəsmi saytında Qəzza zolağında gedən son döyüşlər zamanı 3 hərbiçinin, iki zabit və bir sıravi əsgərin həlak olduğunu, quru əməliyyatı başlayandan bu yana ölənlərin ümumi sayının 501-ə çatdığı bildirilir. Oktyabrın 7-dən yaralıların sayı 2110 nəfər, quru əməliyyatı başlayandan isə 898 nəfərdir. Onlardan 200-dən çoxu ağır yaralıdır.

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi “Əl-Əqsa tufanı” əməliyyatı çərçivəsində oktyabrın 7-də İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan sonra təşkilatın döyüşçüləri İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub, burada həm hərbçilərə, həm də mülki şəxslərə atəş açıb, həmçinin 200-dən çox insanı girov götürüb. İsrail səlahiyyətlilərinin son məlumatlarına görə, təxminən hcum zamanı təxminən 1,2 min adam öldürülüb. Bu statistikaya mülki vətəndaşlar, əsgərlər, xarici vətəndaşlar və işçilər daxildir. Həmçinin hücum zamanı 5 mindən insanın çox yaralandığı bildirilir.

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatına başlayıb. Bir neçə gün ərzində İsrail hərbçiləri Qəzza ilə sərhədə yaxın bütün məskunlaşma məntəqələrini nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib. Anklava su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb. Oktyabrın sonunda İsrailin Qəzza zolağında əməliyyatın quru mərhələsi başlayıb. Qəzza şəhəri İsrail quru qüvvələri tərəfindən mühasirəyə alınıb və anklav faktiki olaraq cənub və şimal hissələrə bölünüb.

Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada oktyabrın 7-dən bu yana ölənlərin sayı 21 mini keçib, 55 mindən çox yaralı var.

HƏMAS Qəzza zolağında təxminən 200-250 girov olduğunu iddia edib. Atəşkəs başa çatdıqdan sonra İsrail hakimiyyəti 126 israilli və 11 əcnəbinin HƏMAS-ın əlində girov qaldığını, oğurlanan 110 nəfərin isə sərbəst buraxıldığını açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar