Çərşənbə axşamı, 06 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arif Acaloğluna şeir həsr edildi: “Qaranlıqlar heç nə demir...”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Paşa Talıblının bu günlərdə faciəvi şəkildə həyatını itirən türkoloq alim, professor Arif Acaloğlunun xatirəsinə həsr etdiyi şeiri təqdim edirik:

Qaranlıq üçün güzgü...

...qaranlıqlar heç nə demir,
deyəcəyi heç nə yoxdu?
...ümiddisə, niyə susur,
sükutdusa, niyə çoxdu?

...nə dili var, nə ağızı!
Uydurmasımı ağılın?..
Nə qədər getsən də gəlmir
bu qaranlığın axırı.

...gecə içində gecədi!
Bir işıq ki, itir sonda...
...öz-özünə belədirsə,
gerçək olan nədir onda?!

Qaranlıqlar heç nə demir,
bilmirsən qal nədi, köç nə!..
Bildiyimiz bircə şeydi –
sadə bir şey...başqa heç nə!

Sadə bir şey...başqa heç nə–
Hamı bir yerə yığışır...
...min il əvvəlin yağışdı
min il sonranın yağışı.

Olduqca qara mənzərə...
Kölgəsində itən ömür!
Bildiyimiz bircə şey var –
qaranlıqlar heç nə demir!..

Paşa Talıblı

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi - Foto

Leyla Əliyeva Dürdanə Ağayevanın dəfn mərasiminə əklil göndərib - Video, Foto, Yenilənib

Laçın rayonu ərazisində kütləvi sayda piyada əleyhinə mina aşkar edilib - Foto, Video

Paris-2024: Azərbaycan güləşçisi yarımfinala yüksəlib - Yenilənib

İran Macarıstan vasitəsilə İsraili hücum barədə öncədən xəbərdar edib    

Haniyə Türkiyənin parçalanmasını istəyib? - 12 illik gerçək

Alimlər yatmaq üçün ən uyğun saatı açıqladılar    

Banqladeş prezidenti sabiq baş nazir Ziyanı azadlığa buraxıb

COP29-la əlaqədar dövlət orqanlarında iş rejimi dəyişəcək

Ən çox oxunanalar