Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC Azərbaycanda külək elektrik stansiyasının inşasına kredit ayırıb

OPEC Beynəlxalq İnkişaf Fondunun İdarəedicilər Şürası Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) inşası layihəsini maliyyələşdirmək üçün Səudiyyə Ərəbistanının “ACWA Power Wind” şirkətinə 50 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.

“Report” bu barədə OPEC-ə istinadən xəbər verir.

Kredit elektrik təchizatının yaxşılaşdırılmasına, enerji strukturunun diversifikasiyasına və karbon emissiyalarının azaldılmasını dəstəkləmək məqsədilə KES-in tikintisi üçün nəzərdə tutulub. Qeyd edək ki, ümumi qoyuluş gücü 240 MVt olan layihə Xızı rayonunun Sitalçay və Abşeron rayonunun Pirəkəşkül kəndində reallaşdırılacaqdır. OPEC Fondui ümumilikdə 18 layihə üzrə 600 milyon ABŞ dolları ayırıb.

Bu kreditlərin 376,03 milyon ABŞ dolları dövlət sektorunda 11 layihə, 225 milyon ABŞ dolları isə özəl sektor və ticarətin maliyyələşdirilməsi üzrə 7 layihə üçün ayrılıb.

O cümlədən dövlət sektoru üzrə Çinə (50 milyon ABŞ dolları), Komor adalarına (17 milyon ABŞ dolları), Liberiyaya (20 milyon ABŞ dolları), Madaqaskara (30 milyon ABŞ dolları), Malaviyaya (20 milyon ABŞ dolları), Şimali Makedoniyaya (50 milyon ABŞ dolları), Paraqvaya (50 miklyon ABŞ dolları), Seneqala (38,03 milyon ABŞ dolları), Tacikistana (10 milyon ABŞ dolları), Tanzaniyaya (41 milyon ABŞ dolları) və Türkiyəyə (50 milyon ABŞ dolları), eləcə də özəl sektor və ticarətin maliyyələşdirilməsi üzrə Azərbaycanla (50 milyon ABŞ dolları) yanaşı Ermənistana (20 milyon ABŞ dolları), Banqladeşə (30 milyon ABŞ dolları), Nepala (25 milyon ABŞ dolları), Uqandaya (25 milyon ABŞ dolları), Özbəkistana (35 milyon ABŞ dolları) və Afrika regionuna (40 milyon ABŞ dolları) kredit ayrılıb.

OPEC Fondu yeni kreditlərlə nəqliyyat, səhiyyə, təhsil və enerji sektorlarında layihələri, həmçinin beynəlxalq ticarəti dəstəkləməyi, ərzaq təhlükəsizliyini təşviq etməyi planlaşdırır.

Xatırladaq ki, OPEC Fondu 1976-cı ildə yaradılıb. Bu günə qədər OPEC Fondu 125-dən çox ölkədə dəyəri 190 milyard ABŞ dolları olan layihələrə 24 milyard ABŞ dollarından çox vəsait ayırıb.

Poliqon.info


Etiket: OPEC Azərbaycan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar