Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SBU Rusiyadan Çinə gedən magistralın ən uzun tunelində partlayış törədib

Baykal-Amur Magistralının Severomuysky tunelindən keçən qatarların hərəkətində dayanma Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əməkdaşlarının təxribatı nəticəsində baş verib...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı SBU-dakı mənbələrə istinadən məlumat yayıb.

CNN mənbəsi tuneldəki yanğını “SBU əməliyyatı” adlandırıb. Mənbənin sözlərinə görə, SBU əməkdaşları qatar hərəkət edərkən dörd partlayıcı qurğunu işə salıblar. Rəsmi olaraq SBU nümayəndələri insidentlə bağlı şərh verməyiblər. Sabotaj üçün tunelin seçilməsinin səbəbini izah edən mənbə bu marşrutu “Rusiya ilə Çin arasında yeganə əsas dəmir yolu əlaqəsi” olduğunu bildirib.

Noyabrın 29-da Buryatiyada Baykal-Amur magistral xəttinin 15 kilometrlik Severomuyski tuneli yanğın səbəbindən bağlanıb. Şərqi Sibir Nəqliyyat Prokurorluğu yük qatarının vaqonunun yandığını bildirib. Rusiya Dəmir Yolları qatar xidmətinin kəsilmədiyini və “hərəkət müddətində cüzi artım” ilə baş verdiyini söyləyib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Rusiya Dəmir Yolları yanğının səbəbini açıqlamayıb. “RBC-Ukrayna”, “Ukrayinska Pravda”, “Hromadske”, “Suspilne” və “Babel” də daxil olmaqla Ukrayna KİV-ləri mənbələrə istinadən bunun SBU-nun təxribatı olduğunu yazıblar.

“Baza” Telegram kanalı əvvəlcə yanğının mümkün səbəblərindən birinin kabel şəbəkəsində qısaqapanma olduğunu bildirsə də, sonradan hadisəni iki yanacaq çəninin partlaması nəticəsində baş verdiyini bildirib. “Shot “Telegram kanalının məlumatına görə, hüquq-mühafizə orqanları yanğının səbəbni təxribat kimi dəyərləndiriblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Dövlət Agentliyi: Bakıda suyun bütün evlərə gəlib çatmasında problemlər var

Ərdoğan məmurlara çağırış edib: Yorulmusunuzsa, istefa verin

Kanalda batan qazinin yanındakı şəxslər kim olublar? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır  

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay