Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stiv Voznyak Bakıda innovasiyalar, Stiv Cobs və biznes imkanları barədə danışdı

“Stiv Cobsdan hələ xəbər olmayan dövrdə öz kompüterimi yaratmağa başladım”.

Oxu.Az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “InMerge” İnnovasiya Sammitində çıxışı zamanı “Apple” şirkətinin qurucularından biri Stiv Voznyak deyib.

O bildirib ki, mühəndis ailəsində böyüməsi onun elektronikaya marağını artırıb:

“Mən bu sahəyə marağımı uşaq yaşlarımdan inkişaf etdirmişəm. İnanın ki, mən heç məktəbdə də yaxşı oxumurdum. Amma öz ağlıma, ideyalarıma güvənirdim. Karyera yüksəlişi düşünmürdüm. Ömrümün axırına kimi mühəndis olacağımı düşünürdüm. Əvvəlcə “Apple 1” kompüterini yaratdım.

 
“Stiv Cobsu “Apple”in  yaradılmasından beş il əvvəl tanıdım. Əyləncə sevən yeniyetmə idi. O, həyatı dəyişdirən insanlara pərəstiş edirdi. Mənim icad etdiyim kompüteri görəndə bunun yeni biznes imkanı olduğunu dedi və yeni şirkəti yaratmaq ideyasını təklif etdi. “Apple” şirkəti beləcə yarandı. O bu ideyanı verməsə idi, mən elə bu günə qədər mühəndis olaraq qalmışdım. Əsas gəlirlər “Apple 2” kompüteri buraxılandan sonra formalaşmağa başlayıb. Amma “Apple 1” satışa buraxılanda “Apple 2” artıq hazır idi. Ümumiyyətlə, fəaliyyət sahəsini genişləndirmək üçün peşəkar mühəndislər önəmlidir. Biz insanları şirkətimizə bacarıqlarına görə cəlb edirdik”.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Ən çox oxunanalar