Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın 28 qat dünya çempionu: "İdmandan getməyi düşünmürəm"

"İdmandan getməyi düşünmürəm".

Bunu "Report"a açıqlamasında Portuqaliyanın Albufeyra şəhərində kikboksinqin WAKO versiyası üzrə keçirilən dünya çempionatında veteranların yaş kateqoriyasında 2 qızıl medal qazanan Eduard Məmmədov deyib.

63 kq çəki dərəcəsində "layt kontakt" və "kik layt" növlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı yarışın çox çətin keçdiyini bildirib: "Bir gündə 4, digərində 2 döyüşə çıxdım. Turnirə bir məqsədlə hazırlaşırdım. Rekordumu yeniləmək istəyirdim. 2009, 2019 və ötənilki Avropa çempionatında iki qızıl medal əldə etmişdim. Bu dəfə Vətənimin bayrağını iki dəfə qaldırmaq və himnimizi iki dəfə səsləndirmək niyyətindəydim".

E.Məmmədov Portuqaliyada tələbələrinin də qızıl medala sahib çıxdığını xatırladıb: "17 yaşında böyüklər arasında Avropa çempionu olan Amin Quliyev (60 kq, "lou kik") 18 yaşında dünya çempionluğunu qazandı. 16 yaşında qitə çempionluğunu əldə etmiş Elvin Məmmədov (54 kq, "lou kik") bu dəfə mundialda eyni uğuru təkrarladı. Bu uşaqlar 17-18 yaşlarında tarix yazıblar. O yaşda bu titula yiyələnmək çətindir. Bu uğurlarımızı xalqımıza, şəhidlərimizə həsr edirik. Qazilərimizə Allah cansağlığı versin. Yeganə məqsədimiz qızıl medal qazanaraq himni səsləndirmək idi".

45 yaşlı kikboksçu hər yarışa hazırlaşmağın çətin olduğunu söyləyib: "Bu turnir üçün 10 kq çəki salmışam. Ustalar kateqoriyasında döyüşdüyüm üçün buradakı idmançıların yaşları 40-dan çox olur. Məğlub etdiyim idmançılar 4-5 yaş məndən cavan idilər. Hazırda özümü formada hiss edirəm. Nəticə də göz qabağındadır. Dostlarım, yaxınlarım mənə deyirlər ki, bu dəfə də qalib gəldin, bəsdir. Gələn il Avropa çempionatı var. Orada da çıxış edəcəyəm. 8 dəfə WAKO versiyası üzrə, ümumilikdə üzrə 28 dəfə dünya çempionu olmuşam. Canım nə qədər sağlamdırsa, yarışlara qatılacağam. Bir məqsədim var, o da bayrağımızı qaldırmaq və himnimizi səsləndirməkdir. İki ildən sonra dünya çempionatı olacaq. İki növdə döyüşməyi yenə bacaracağam? Çətin olar. Buna inanmıram. Amma hər şey qismətdən asılıdır. Yarışlara qatılmaqla tələbələrimə və gənclərə motivasiya verirəm. Bu yaşda belə nəticələr qazanıram. Tələbələrim də baxıb belə olmaq istədiklərini söyləyirlər. Əsas odur ki, gənclərə düzgün istiqamət veririk".

Təcrübəli idmançı Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevin bütün idmançılara diqqət göstərdiyini vurğulayıb: "Federasiyanın prezidenti Orxan Əliyev də daim bizim yanımızda olub, dəstək göstərib. Bunların hamısı idmançıya ruh yüksəkliyi verir".

Poliqon.info 


Etiket: Çempion


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda karate müəllimi azyaşlı ilə cinsi münasibətdə şübhəli bilindiyi üçün həbs edilib

İrana getmək istəyənlərin nəzərinə - Qaydalar sərtləşdirildi

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Elariz Məmmədoğlu: "Qazancım haqda soruşmayın"

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Tatamiyə damğa vuran zəfər: Azərbaycan cüdoçularından tarixi nəticə

Qıcqırmış salat, gömgöy kəsmik.. - "Araz"da vaxtı keçmiş məhsullar satılır

Cəlilabadda yanan evdə qalan azyaşlı xilas edilib - Yenilənib

Ən çox oxunanalar