Rusiya xalq gücü ilə yıxa bilmədiyi Paşinyan hakimiyyətini sui-qəzdŞ ya da çevriliş yolu ilə yıxa bilər?..
Siyasi-şərhçi: “Xalqın və müxalif güvcələrin dəstəyi ilə Paşinyanı devirmək alınmazsa, Rusiya “B” planı olaraq hərbi çevriliş cəhdinə də əl ata bilər”.
“Cənubi Qafqazdaki Rusiya-Qərb savaşının nə ilə nəticələcəyini indidən demək biraz çətindir”.
Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Rusiyanın Ermənistanda Paşinyanı devirəcəyi iddialarını Poliqon-a şərh edərkən qeyd edib.
Ermənistanın son zamanlar Rusiyaya münasibətdə yürütdüyü siyasəti fonunda Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Oqtay rusyönümlü qüvvələrin yaxın zamanlarda Ermənistanda Paşinyana qarşı sui-qəsd təşkil edəcəklərini və yaxud bu ölkədə çevrilişin ola biləcəyini bildirib.
Bəs, indiki dövrdə Rusiya üçün Paşinyan məsələsi o qədər də aktual məsələ ola bilər? Yəni Rusiya xalq gücü ilə yıxa bilmədiyi Paşinyan hakimiyyətini sui-qəzdŞ ya da çevriliş yolu ilə yıxa bilər? Ümumiyyətlə, Rusiya-Ermənistan qarşıdurmasının sonu necə görünür?
Rusiya-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.
Kamran Məmmədli: “Sui-qəsd ehtimalı barədə deyə bilərəm ki, bu ən son variantdı. Buna qədər Rusiyanın hələ edə biləcək başqa alternativləri var”.
Rusiyanın artıq Paşinyanı devirməkdə qərarlı olduğunu düşünən ekspert Poliqon-a açıqlamasında qeyd edib edib ki, buna zatən bir neçə dəfə cəhd etsə də, xalq tərəfindən Paşinyan dəstəklənib və çevriliş baş tutmayıb:
“Rusiya-Ermənistan münasibətləri son illərdə çox gərginləşib. Bildiyiniz kimi, Paşinyanın hakimiyyətə gəlməsi ilə birlikdə Ermənistan Rusiyadan uzaqlaşmağa və Avropa Birliyi ilə yaxınlaşmağa çalışdı. Paşinyan ilk hakimiyyət dövrlərində qərb tərəfindən hakimiyyətə gəlməsinə baxmayaraq balanslı siyasət aparırdı. Rusiya ilə əlaqələri tam şəkildə pozmurdu və Qərbə doğru yavaş addımlar ilə irəlləyirdi. Bu siyasət ikinci Qarabağ savaşına qədər davam etdi.
İkinci Qarabağ savaşı və ondan sonraki proseslərdə Ermənistanın Rusiyadan qopmaqı daha da sürətləndi. Bunu da Rusiya onun Qafqazdakı nüfuzunu zəiflədəcək təhlükə kimi görür. Bu baxımdan hesab edirəm ki, Rusiya artıq Paşinyanı devirməkdə qərarlıdır. Buna zatən bir neçə dəfə cəhd etsə də, xalq tərəfindən Paşinyan dəstəklənib və çevriliş baş tutmayıb.
Kamran Məmmədli: “Paşinyan bu ehtimala qarşı Qərb ölkələrinin xüsusi xidmət orqanlarını ölkəsinə dəvət edib və bu yöndə artıq birgə fəaliyyətə başlayıblar. Ancaq xaos durumunda Paşinyana bu kömək etməyədə bilər”.
Sui-qəsd ehtimalı barədə deyə bilərəm ki, bu ən son variantdı. Buna qədər Rusiyanın hələ edə biləcək başqa alternativləri var. Ermənistan büdcəsinin gəlirlərinin təxminən 30 % - i Rusiya ilə iqtisadi-ticari münasibətlərdən əldə edilir eyni zamanda Ermənistan Rusiyanın təbii qazından aslıdır. Rusiya hələ bu imkanlardan istifadə etməyib. Əgər onlar soyuq qış aylarında müxtəlif bəhanələrlə təbii qazı kəsərlərsə və paralel olaraq ticari əlaqələri kəsərlərsə, bu Ermənistan üçün ağır nəticələnə bilər. Paşinyanın vəziyyəti gərginləşə bilər və yeni etiraz dağlası başlaya bilər. Hətta xalqın və müxalif güvcələrin dəstəyi ilə Paşinyanı devirmək alınmazsa, Rusiya “B” planı olaraq hərbi çevriliş cəhdinə də əl ata bilər.
Düzdür, Paşinyan bu ehtimala qarşı Qərb ölkələrinin xüsusi xidmət orqanlarını ölkəsinə dəvət edib və bu yöndə artıq birgə fəaliyyətə başlayıblar. Ancaq xaos durumunda Paşinyana bu kömək etməyədə bilər. Cənubi Qafqazdaki Rusiya-Qərb savaşının nə ilə nəticələcəyini indidən demək biraz çətindir. Bu müxtəlif amillərdən, xüsusən də Rusiya-Ukrayna müharibəsinin yekunundan asılıdır”.
Nərminə UMUDLU
Poliqon.info