Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rza Pəhləvi: “İranın ali rəhbəri Moskvada oxuyub” - Video

Üç gün əvvəl ABŞ-də yaşayan İran şahzadəsi Rza Pəhləvi tanınmış bloger Patrik Bet-Davidə verdiyi üç saatlıq müsahibədə İranın çağdaş siyasi tarixi ilə bağlı bir çox maraqlı, hətta sensasiya sayıla biləcək açıqlamalar verib...

Bu barədə “Azad İran” “Youtube” kanalı məlumat yayıb.

“SAVAK-ın həbs etdiyi şəxslər Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) rəhbərliyi altında Livanın Biqa vadisindəki Fələstin düşərgəsində terrorçuluq təlimi keçən Əli Xameneyi kimi adamlar idi”, - deyə Rza Pəhləvi şah dövründə ölkənin təhlükəsizlik orqanı olan SAVAK-ın siyasi müxalifləri təqib etməsi və zindana atması barədə sualı cavablandırarkən bildirib.

Şahzadənin hazırkı İran rəhbəri haqqında dediyi bu sözlər Ayətullah Xameneyinin Sovet İttifaqı və onun DTK ilə əlaqələri barədə müzakirələrə yol açıb, o cümlədən Xameneyinin vaxtilə Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetində oxuması ilə bağlı mövzu yenidən gündəmə gəlib.
Xameneyinin KQB-nin himayəsində olan və o dövrün terminologiyası ilə desək, üçüncü dünya ölkələri üçün SSRİ-nin hədəflərinə uyğun elitanın formalaşdırılmasına xidmət edən sözügedən universitetdə təhsil alması barədə fikirlər 2010-cu il fevralın 5-də Rusiyanın “Russia Today” (RT) dövlət televiziya kanalının yaydığı bir reportaja əsaslanır.

Kanalın müxbiri Marina Zarubin Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin 50 illiyi ilə bağlı ingilis dilində hazırladığı süjetdə bildirir ki, universitetin məzunları arasında çoxlu yüksək səviyyəli və tanınmış siyasi xadimlər vardır, bu sırada İranın ali lideri Əli Xameneyi və Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas qeyd oluna bilər.

Daha ətraflı süjetdə:

Poliqpn.info


Etiket: Rza Pəhləvi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

Ən çox oxunanalar