Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

IMF qlobal inflyasiyanın yavaşlayacağını, maliyyə orqanları üçün isə çətin dövrün olacağını gözləyir

Beynəlxalq Valyuta Fondu (IMF) qlobal inflyasiyanın keçən ilki təqribən 9 %-dən 2024-cü ildə 4,8 %-ə düşəcəyini gözləyir...

Poliqon “Report”a istinadən xəbər verir ki, bu barədə IMF-nin idarəedici direktoru Kristalina Georgiyeva bildirib.

“Ümumi inflyasiya yavaşlasa da, baza inflyasiyası hələ də hədəf göstəricisindən geri qalır və buradan belə qənaətə gəlmək olar ki, təəssüf ki, biz mərkəzi bankların faiz dərəcələrinin uzun müddət yüksək qalmasına hazırlaşmalı olacağıq. Güman ki, 2024-cü ilə, bəlkə də 2025-ci ilə qədər.

Bəs bu siyasət baxımından nə deməkdir? İnflyasiyanın hələ də hədəf göstəricidən geri qaldığı yerlərdə mərkəzi banklar ayıq-sayıq olmalıdır (sərt monetar siyasətini davam etməlidir) və gələcəklə bağlı niyyətlərini bildirməlidirlər.

Başa düşmək lazımdır ki, maliyyə orqanlarını, demək olar, hər yerdə çətin günlər gözləyir. Onlar borclara xidmət etmək, həssas əhalini dəstəkləmək, “yaşıl” və rəqəmsal transformasiyanı maliyyələşdirmək üçün daha yüksək faiz dərəcələri ödəməklə yanaşı, gələcək sarsıntılara qarşı buferlərini bərpa etməlidirlər”, - K.Georgiyeva deyib.

Onun sözlərinə görə, dünya dayanıqlılığının tarixi anını yaşayır, həm də risklərə məruz qalır .

“Dayanıqlılığa gəlincə, ABŞ-da üçüncü rübdəki artım gözləniləni üstələyib: iqtisadiyyatın artım tempi bir qədər yavaşlayıb, inflyasiya azalır, əmək bazarı isə yenə də çox güclü olaraq qalır. Keçən həftə Çinlə bağlı proqnozlarımızı yaxşılaşdırdıq. Bu, Asiyada müsbət artım dinamikasını gücləndirir. Dünya iqtisadiyyatının bu iki əsas mühərriki - ABŞ və Çin üçün yaxşı olan şeylər isə dünyanın qalan hissəsi üçün də yaxşıdır”, - IMF rəhbəri vurğulayıb.

İsrail-Fələstin münaqişəsinin qlobal iqtisadiyyata təsirinə toxunan IMF rəhbəri qeyd edib ki, enerji qiymətlərindəki ilkin artım indi azalıb: “Amma yenə də bilirik ki, münaqişə nə qədər çox davam edərsə, fəlakət, İsraildə və indi Qəzza zolağında geosiyasi parçalanma və dinc əhalinin faciəli ölüm riski bir o qədər çox olar. İqtisadi baxımdan bu, münaqişənin episentrində olan ölkələr üçün dağıdıcıdır, onların yaxın qonşuları – Livan, İordaniya, Misir üçün isə risklidir”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

“Sevimli Dad”ın “Közləmə” sosislərində də zərərli maddə var – Foto

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Ən çox oxunanalar