Şənbə, 10 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Qəzza ilə bağlı Putinlə danışıqlar aparacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağındakı vəziyyəti Rusiya prezidenti Vladimir Putinlə telefon diplomatiyası vasitəsilə müzakirə etmək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən yazır.

Mənbənin sözlərinə görə, Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının sammitindən sonra dünya liderləri ilə Fələstin-İsrail münaqişəsinin həlli mövzusunda telefon danışıqlarını bərpa etmək niyyətindədir.

“Çox güman ki, cənab prezident Rusiya lideri ilə regiondakı vəziyyəti müzakirə edəcək. Təbii ki, bir çox sahələrdə ölkələrin fəal əməkdaşlığını nəzərə alsaq, cari ikitərəfli gündəliyi də nəzərə almaq lazımdır”, deyə mənbə Agentliyə bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun siyasi karyerasının bitəcəyini proqnozlaşdıraraq, onun fəaliyyətini bütün dünyada tənqid edənlərin getdikcə daha çox olduğunu bildirmişdi. Eyni zamanda Türkiyə lideri bildirib ki, Qəzza zolağındakı vəziyyətlə bağlı ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparmağı planlaşdırmır.

Fələstin HƏMAS hərəkatının oktyabrın 7-də girovları ələ keçirərək əraziyə kütləvi hücumundan sonra İsrail zolağında quru əməliyyatı keçirir. Noyabrın 10-da İsrail Qəzzanın şimalında HƏMAS-ın bütün məkanlarına nəzarətin qurulduğunu elan edib. Hərbi əməliyyatlar geniş miqyaslı dağıntılarla müşayiət olunur. HƏMAS-ın tibbi xidmətləri Qəzza zolağında 4100-ü uşaq olmaqla on mindən çox insanın həlak olduğunu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnik Elmar Məmmədov həbs edildi - Yenilənib

Medvedev: Onlar bizim tanklarımızı Almaniyada görəcəklər

Şahin Cəfərlinin ölkədən çıxışına qadağa qoyuldu

Rusiya dövlət çevrilişi hazırlığı ilə bağlı Serbiyaya xəbərdarlıq edib

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb - Yenilənib

Pakistanlı jurnalist İlham Əliyevdən yazdı: "Su içmədən suallara üç saatdan çox cavab verə bilir"    

SEPAH: "İran liderinin İsraildən qisas almaq əmri yerinə yetiriləcək"

7 yaşlı Fəridi öldürməkdə təqsirləndirilən məşqçidən xəbər var

Ən çox oxunanalar