Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Markov: “Azərbaycan Ermənistan üzərində nokautla təmiz qələbə qazanıb”

“Azərbaycan Ermənistan üzərində nokautla təmiz qələbə qazanıb. Bu, dünya tarixində nadir bir hadisədir”.

APA xəbər verir ki, bu fikirləri Moskvada 8 noyabr - Zəfər Gününə həsr olunan tədbirdə iştirak edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, siyasi ekspert Sergey Markov bildirib.

Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində möhtəşəm qələbə münasibəti ilə təbrik edən ekspert bunun dünya tarixində nadir hallarda baş verən bir hadisə olduğunu söyləyib.

“Ölkələrin qələbəsi adətən xala görə olur. Lakin bu müharibədə Azərbaycan elə möhtəşəm, təmiz qələbə qazanıb ki, təkcə Azərbaycanın dostları deyil, bütün dünya heyranlıq içindədir. Hamı heyranlıq içində Azərbaycanın bu problemin öhdəsindən 30 il sonra necə gəldiyini düşünür. Azərbaycan bu müddətdə təkcə Qarabağı geri qaytarmadı, həm də ölkəni regionun lider ölkəsinə çevirdi. Bütün bunlar Azərbaycan xalqının əməyi və Azərbaycan əsgərinin şücaəti sayəsində mümkün oldu”, - deyə Markov vurğulayıb.

Rusiyalı ekspert Xankəndidəki hərbi paradın Azərbaycan üçün müzəffərlərin paradı olduğunu qeyd edib:

 
“Məncə, bu, hətta vaxtı ilə sovet qoşunlarının Berlində keçirdiyi paraddan da daha önəmlidir. Bu, onu göstərir ki, Qarabağ tamamilə Azərbaycanındır. Azərbaycan Ordusu müzəffər ordudur. Azərbaycanlılar qalib xalqdır. Düşünürəm ki, bu qalibiyyət hissi bundan sonra ölkənin iqtisadi, mədəni inkişafına çox müsbət təsir edəcək. Siz, biz hamımız bunun şahidi olacağıq”.

Rusiyalı politoloq Darya Qrevstova da Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində tam qələbə münasibəti ilə təbrik edib. O bildirib ki, bu qələbənin nəticəsində Azərbaycan öz torpaqlarını geri qaytarıb:

“İndi Azərbaycan xalqı öz rəhbərliyi, ordusunun gücü ilə fəxr edir. Xalq və ordu sözdə deyil, əməldə sübut etdi ki, güc yolu ilə torpaqlarını işğaldan azad etməyə qadirdir. Ermənistan Azərbaycanın iradəsi, ərazilərini geri qaytarmaq əzmi qarşısında tab gətirə bilmədi. Biz indi həmin ərazilərin necə inkişaf etdiyini görürük. Görürük ki, həmin torpaqların, Qarabağın əsl sahibləri geri qayıdıb”.

Poliqon.info 


Etiket: Markov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Ən çox oxunanalar