Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSX-nin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib - Foto

8 noyabr - Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində təntənəli tədbirlər keçirilir, şəxsi heyət üçün bayram konsertləri təşkil olunur...

“Report” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə ucalmış Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunaraq məzarları üzərinə gül dəstələri düzülüb.

Keçirilən tədbirlərdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığı xüsusi vurğulanıb.

Vətən müharibəsi, 12-13 sentyabr hadisələri və antiterror əməliyyatları zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərmələri qeyd edilib.

Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yurdumuzun bütövlüyü uğrunda şəhadətə yüksəlmiş oğullarımızın adlarının hər zaman ehtiramla yad ediləcəyi, əcdadlarımızın qəhrəmanlıq ənənələrindən ilhamlanan igidlərimizin müasir tariximizə yazdıqları şücaət dastanlarının gələcək nəsillərə örnək olacağı, onların qoyduğu mirasın Vətənə sevginin və sədaqətin bariz təzahürü olaraq daima uca tutulacağı qeyd olunub.

Vətən müharibəsində, 2022-ci ilin sentyabr ayında və lokal xarakterli antiterror əməliyyatı zamanı işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşən, azad edilmiş torpaqlarda üçrəngli zəfər bayrağımız altında şərəflə xidmət aparan sərhədçilərin dövlət sərhədlərinin toxunulmazlığını qətiyyətlə təmin edəcəkləri vurğulanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar