Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq parlamentinin deputatları Şuşa şəhərində olublar - Fotolar 

Ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin rəhbərlik etdiyi İraq parlamentinin nümayəndə heyəti oktyabrın 29-da Şuşa şəhərinə səfər edib.

Poliqon.info xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Əvvəlcə qonaqlar Füzuli rayonuna gəliblər. Füzuli rayonunda qonaqlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar, işğal dövründə ermənilər tərəfindən törədilmiş dağıntılara baxış keçiriblər. Nümayəndə heyətinə işğaldan azad edildikdən sonra rayonda Azərbaycan dövləti tərəfindən aparılan yenidənqurma işləri, həyata keçirilən layihələr barədə məlumat verilib.

Sonra Şuşaya gələn qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan bərpa və quruculuq işləri barədə məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti Yuxarı Gövhərağa məscidi və digər abidələrlə tanış olublar, Cıdır düzünə qalxıblar. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad ediblər.

Sonra qonaqlar Şuşanın Qala divarlarını seyr ediblər, Şəhər meydanına baş çəkiblər. Onlara Şəhər Meydanı, orada qoyulmuş Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəllərinin işğal dövründə ermənilər tərəfindən güllələnməsi barədə məlumat verilib.

Bununla da İraq parlamentinin Nümayəndələr Şurasının üzvlərinin Şuşaya səfəri başa çatıb.

Fotolar

Poliqon.info 


Etiket: Şuşa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Ən çox oxunanalar