Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mədəniyyət Nazirliyinə bəstəkarların əsərlərini almaq təklif edilib

Mədəniyyət Nazirliyi bəstəkarların əsərlərinin alınmasını bərpa etməlidir. Bu, çox önəmli faktordur...

APA xəbər verir ki, bu təkliflə musiqişünas, professor Adilə Yusifova Bakıda keçirilən Musiqi Forumundakı panel müzakirədə çıxış edib.

Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, bəstəkar, Xalq artisti Sərdar Fərəcov da bu təklifi dəstəkləyib: "Sifarişlə musiqi bəstələmək bəstəkarının uğurunun yarısıdır. Burada qəbahət nəsə yoxdur. Əksinə, bu, bəstəkara inamı, onun yaradıcılığına etibarı ifadə edir. Sifarişlə yazılan əsərin üstünlüyü odur ki, o əsər itib-batmayacaq, mütləq ifa ediləcək. Bunun özü bir stimuldur".

Dirijor, Əməkdar artist Əyyub Quliyev isə deyib ki, gənc bəstəkarların əsərlərinin çapı üçün dəstəyə ehtiyac var: "Elə gənc bəstəkarlar var ki, biz onların əsərlərini xarici ölkələrdə nümayiş etdirə bilmirik. Çünki o əsərlərin çap forması bizdə yoxdur. Mədəniyyət Nazirliyinin tərkibində nəşriyyatlarla əlaqədar şöbə var. Ümid edirəm, bu yöndə lazımi dəstək veriləcək".

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Ən çox oxunanalar