Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lənkəran-Lerik avtomobil yolunda sürüşmə aktivləşib

Elm və Təhsil Nazirliyinin akademik Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Masallı, Lənkəran və Astara rayonlarında yaranmış ekoloji vəziyyətlə əlaqədar çöl-tədqiqat işləri aparıblar...

Bu barədə institutdan məlumat verilib.

Mütəxəssislər sürüşmələrin və subasarların baş verdiyi ərazilərdə landşaft ekoloji şəraiti, sürüşmələrin səbəb və nəticələrini, onlara qarşı mübarizə tədbirlərini araşdırıblar. Torpaq sürüşməsi sahələri əsasən Astara rayonunun Şiyəkəran, Siyakü, Asxanakəran, Təngərüd, Lomin kəndləri və Kijəbə qəsəbəsi ərazisində, habelə rayonun Deqədi-Pəlikəş avtomobil yolunun 8 və 10-cu kilometrliyində qeydə alınıb. Lənkəran rayonunda isə sürüşmə aktivliyi Horavenc və Gəgiran kəndləri, həmçinin Lənkəran-Lerik avtomobil yolunun 17 və 19-cu kilometrliyində müşahidə edilib.

Şöbə müdiri M.İsmayılovun bildirdiyinə görə regionda sürüşmələrin əsas səbəbləri ekoloji risk yaradan antropogen fəaliyyətlər, torpağın üst qatında gedən eroziya prosesləri, meşə ekosisteminə müdaxilələr, yağıntı və s. kimi amillərdir. Regionun əsas çaylarında su anbarlarının tikilməsi, qurumuş çay dərələrində intensiv qum-çınqıl karxanalarının fəaliyyəti, çay yataqlarının məişət tullantıları ilə doldurulması, turizm obyektlərinin çay yataqlarına düşünülmüş müdaxilələri və s. kimi proseslər çay dərələrində gedən təbii hidrogeomorfoloji şəraiti kəskin şəkildə dəyişdirilib ki, bu da öz təsirini subasmalarda, çayboyu ərazilərdə torpaq sürüşmələrinin fəallaşmasında, yol infrastrukturlarının dağılmasında və s. göstərir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Dünyanın ən bahalı heyətinə malik futbol klubunun adı açıqlandı

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İsveç millisinin baş məşqçisi: "Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan"

Ən çox oxunanalar