Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə ABŞ-ın İrana təzminat ödəməsi barədə qərar çıxarıb

Tehran məhkəməsi ABŞ-ın İrana təzminat ödəməsi barədə qərar çıxarıb...

APA xəbər verir ki, Tehran məhkəməsi ABŞ-ı 1980-ci ildə girovluqda olan səfirlik əməkdaşlarını azad etmək məqsədi ilə keçirilmiş uğursuz “Qartal pəncəsi” əməliyyatından sağ çıxan 14 iranlıya təzminat ödəməyə məhkum edib.

Məhkəmənin qərarına görə, ABŞ hökuməti Tabas səhrasında “törətdiyi cinayətlərə” görə 420 milyon dollar ödəməyə məhkum edilib.

Qeyd edək ki, “Qartal pəncəsi” əməliyyatı 24 aprel 1980-ci ildə ABŞ Silahlı Qüvvələrinin Tehranda girovluqda olan 52 səfirlik əməkdaşını xilas etmək məqsədilə həyata keçirilib. 1980-ci il aprelin 25-də girovları xilas etmək cəhdi Tabas çölündə vertolyot və nəqliyyat təyyarəsi toqquşduğundan baş tutmur və ABŞ-ın 8 hərbçisi həlak olur. Bir sözlə, əməliyyat uğursuzluğa düçar olur. 1980-ci il iyulun 11-də girovlardan biri səhhətinə görə azad edilir. 1981-ci il yanvarın 19-da ABŞİran girovların azad edilməsi üçün saziş imzalayır və 1981-ci il yanvarın 20-də girovluqda qalan 52 nəfərin Almaniyaya getməsinə icazə verilir.

Xatırladaq ki, 1979-cu il noyabrın 4-də bir qrup iranlı tələbə Vaşinqtonun Tehrandakı səfirliyinin 66-sı ABŞ vətəndaşı olmaqla 99 əməkdaşını girov götürüblər. Onlar ABŞ-dan Məhəmmədrza şah Pəhləvinin ekstradisiyasını tələb ediblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Bayden debatların ikinci raundunda iştirak etmək niyyətindədir

Ən çox oxunanalar