Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Azərbayacan könüllü şəkildə köçmüş ermənilərin Qarabağa qayıtmasına imkan verməməlidir

Qərb ermənilərin Qarabağa qaytarılması ilə bağlı Rusiya ilə həmrəy görünməkdədir...

Siyasi-şərhçi: “Ermənilərin Qarabağın Dağlıq hissəsinə qaytarılması və ya heç olmasa onların bir hissəsinin qaytarılması istər Rusiya, istər də Qərbin marağındadır”.

“Heç kim nəzərə almır ki, bu Azərbaycan ərazisidir və bu məsələlərə razılığı son anda Azərbaycan verməlidir”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu ermənilərin Qarabağa qaytarılması məsələsindəki Qərbin və Rusiyanın marağını Poliqon-a şərh edərkən qeyd edib.

Fransa və ABŞ başda olmaqla Qərb ermənilərin Qarabağa qaytarılması ilə bağlı Rusiya ilə həmrəy görünməkdədirlər. Kollektiv Qərb həmçinin Qarabağda daimi sülhməramlı kontingentinə də sahib olmağa çalışır. Ümumiyyətlə, ermənilərin Qarabağa qaytarılması məsələsi Qərbin və Rusiyanın münaqişəni davam etdirmək üçün əsas aləti kimi görünmədədir. Bu həm də vəziyyətin 0 nöqtəyə, yəni 1988-ci ilə qaytarılması demək olacaq.

ABŞ--1697180937.jpg" />

Bəs, bu məsələdə Qərb və Rusiya anlaşa bilərlər? Bu durumda Azərbaycan ermənilərin geri qayıtmasına imkan verməlidirmi?

Qarabağ ermənilərinin qayıdış məsələsini Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Azərbaycandan tələb olunan addım odur ki, könüllü şəkildə köçmüş ermənilərin Qarabağa qayıtmasına imkan verməsin”.

Ölkənin ərazisində xarici qüvvələrin, silahlı birləşmələrin yerləşməsinin ən böyük təhdid olduğunu vurğulayan ekspert bildirib ki, buna yol verməmək üçün kiçik təzyiqlərə göz yummaqla, həmin o addıma, yəni ermənilərin Qarabağa qaytarılmasının qarşısını almaq addımını atmaq lazımdır:

“Ermənilərin Qarabağın Dağlıq hissəsinə qaytarılması və ya heç olmasa onların bir hissəsinin qaytarılması istər Rusiya, istər də Qərbin marağındadır. Rusiyanın marağında ona görədir ki, əgər erməniləri qaytara bilməsə, Rusiya sülhməramlıları deyilən hərbi kontingentin Qarabağı tərk etməlidir. Digər tərəfdən isə Qərb çalışır ki, bunu Rusiyasız həyata keçirsin, Rusiyasız nail olsun. Beləliklə də, Rusiyanı bölgədən sıxışdırıb çıxarsın və onun yerini tutsun. Qərb BMT-dən və yaxud ATƏT-dən hansısa bir mandat əldə edib, sülhməramlı qismində Qarabağa yerləşmək istəyir.

Amma heç kim nəzərə almır ki, bu Azərbaycan ərazisidir və bu məsələlərə razılığı son anda Azərbaycan verməlidir. Azərbaycanın nə edəcəyini bilmirəm. Hələlik biz Azərbaycanın Rusiya ilə çox intensiv yaxınlaşmasını müşahidə edirik. Bu məsələdə Azərbaycanın marağı ondandır ki, ümumiyyətlə, heç bir xarici qüvvə onun ərazisində olmasın. Buna görə də, bu gün hadisələrin hansı istiqamatdə inkişaf etməsi Azərbaycandan asılıdır.

Ərəstun Oruclu: “Bu gün hadisələrin hansı istiqamatdə inkişaf etməsi Azərbaycandan asılıdır”.

Bu hadisələrin sonrakı dinamikasının kökündə ermənilərin Qarabağa qaytarılması durur. Bütün bu prosesə nöqtə qoymaq üçün Rusiyanı çıxarmaq, Rusiyanın vaxtını uzatmamaq, Qərbi buraxmamaq üçün Azərbaycan bir addım atmalıdır. Azərbaycandan tələb olunan addım odur ki, könüllü şəkildə köçmüş ermənilərin Qarabağa qayıtmasına imkan verməsin. Bu olmayandan sonra şübhəsiz ki, Azərbaycan hər iki tərəfdən bu müzakirəni dayandırmağı tələb edə bilər.

Dediyim kimi, bu gün Azərbaycandan bir cəsarətli addım atmaq tələb olunur. Təbii ki, bu addıma görə Azərbaycana basqılar, təzyiqlər olacaq. Amma ən azı ölkə ən ciddi basqılardan kənar qalacaq. Yəni, ölkənin ərazisində xarici qüvvələrin, silahlı birləşmələrin yerləşməsi ən böyük təhdiddir. Buna yol verməmək üçün kiçik təzyiqlərə göz yummaqla, həmin o addıma, yəni ermənilərin Qarabağa qaytarılmasının qarşısını almaq addımını atmaq lazımdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Ən çox oxunanalar