Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rövnəq Abdullayev YAP Nizami Rayon Təşkilatının binasını niyə alıb?

YAP Nizami rayon təşkilatına məxsus binanın bir hissəsi özəlləşdirilərək satllıb və ğzəlləşdirilən mülk Baş nazirin müavimi, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin qaynatası Əliyev Adəm Bayram oğlunun adına sənədləşdirilib...

Poliqon xəbər verir ki, bir neçə güm əvvəl hakim Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədrinin mərkəzi aparatdan gizli şəkildə YAP Nizami rayon təşkilatına məxsus binanın bir hissəsinin özəlləşdirilərək satllması barədə məlumat yayılmışdı. Əldə etdiyimiz məlumata görə YAP Nizami rayon təşkilatına məxsus binanı İqtisadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev alıb və qaynatasının adına sənədləşdirib.

Sözügedən binanın, yəni Bakı şəhəri, Nizami rayonu Qara Qarayev prospekti 2P ünvanındakı rayon təşkilatının binasının bir hissəsi vətəndaş Əliyev Adəm Bayram oğluna satılıb və onun adına özəlləşdirmə aparılıb. Əliyev Adəm Bayram oğlunun adına olan çıxarışdan da görünür ki,özəlləşdirilmiş hissə 26.06.2013-c ildə rəsmi qeydiyyata alınıb (Çıxarış əlavə olunur - Red).

YAP4.jpg" />

Beləcə həmin vaxt YAP Nizami rayon təşkilatının sədri olmuş Sədaqət Vəliyeva və onun köməkçisi- aparat rəhbəri, hazırda isə sədr olan Ramil Vəlibəyovla birgə hakim partiyanın əmlakı sırasında olan binanı mərkəzi aparatdan gizli şəkildə parçalayaraq satıb və əldə olunan vəsaitdən şəxsi məqsədlər üçün yararlanıblar. Kənardan əlbəttə ki, bina bütöv görünür və belə təsəvvür yaranır ki, göz oxşayan tikili bütövlüklə YAP Nizami rayon təşkilatına məxsusdur. Lakin sənədlər bunun əksini sübut edir.

Poliqon-un apardığı araşdırma nəticəsində məlum olub ki, YAP-ın əmlakı üzərində mülkiyyətçi hüququ qazanmış Adəm Əliyev məhz Rövnəq Abdullayevin qaynatasıdır. Lakin sabiq SOCAR prezidentinin hansı ehtiyaclar üzərindən YAP-ın binasını ğzəlləşdirdiyi məlum deyil...

Qeyd edək ki, həmin özəlləşdirilmiş hissədə son dövrlərə qədər millət vəkili Könül Nurullayevanın qərargahı yerləşirdi. Könül xanım orada seçiciləri ilə görüşürdü. Lakin hansı səbəblərdən millət vəkili bir müddət əvvəl həmin ünvandan çıxarılıb və hazırda xanım Nurullayeva seçiciləri ilə görüşlərini hər dəfə bir ünvanda keçirir.

Qeyd edək ki, bi neçə gün əvvəl dövrü mətbuatda yayılan sənədlərə istinadən göstərilirdi ki, hazırda deputat kimi fəaliyyət göstərən Sədaqət Vəliyeva o zamanlar köməkçisi, sonra isə YAP Nizami RT-nin aparat rəhbəri olmuş hazırkı sədr Ramil Vəlibəyovla əlbir olaraq, hakim partiyanın əmlakının nəzərəçarpacaq dərəcədə böyük hissəsini baba mirası, ata mülkü kimi satıblar və bu maxinasiya partiyanın mərkəzi aparatından gizlədillib.

Həmçinin yayılan yerli mətbuatda yayılan məlumatda bildirilirdi ki, keçmiş sədr öz köməkçisi ilə birgə Yap Nizami rayonu Təşkilatını ticarət, iaşə obyekti kimi idarə edib. Sədr öz köməkçisinin əli ilə rayonun biznes stukturlarından “partiya ehtiyaclarının ödənilməsi” adı altında aylıq pul toplayıblar.

YAP3.jpg" />

YAP2.jpg" />

YAP1.jpg" />

YAP5.jpg" />

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar