Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Velosiped üzrə Azərbaycan çempionatına start verilib

Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə velosiped idmanının şose növündə çoxgünlük ötüşmələri üzrə Azərbaycan çempionatına start verilib....

Yarışın birinci mərhələsində idmançılar Qubada yerləşən Alpan kəndi ərazisində qrup ötüşməsində mübarizə aparıblar.

Ümumilikdə 40 velosipedçinin iştirak etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü oğlanlar 30 km, 2010-2011-ci il təvəllüdlü oğlanlar isə 20 km məsafə qət ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən təşkil edilən yarışın birinci mərhələsinin nəticələrinə görə, 2005-2009-cu il təvəllüdlü oğlanlar arasında Tural İsrafilov (ROEQİUGVM, 50:03) birinci, Nihad Xudoyev (ROEQİUGVM, 56:21) ikinci, Tamerlan Musayev (ROEQİUGVM, 58:23) üçüncü yeri tutublar.

2010-2011-ci il təvəllüdlü oğlanların mübarizəsində isə Nihat Xudiyev (ROEQİUGVM, 39:25) qızıl, Cavid Baxşıyev (ROEQİUGVM, 41:17) gümüş, Ümid İsmayılov (ROEQİUGVM, 41:25) bürünc medal qazanıblar.

Qeyd edək ki, idmançılar oktyabrın 6-da keçiriləcək ikinci mərhələdə yenidən qrup ötüşməsi, oktyabrın 7-də baş tutacaq üçüncü mərhələdə isə fərdi ötüşmə növündə güclərini sınayacaqlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar