Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ermənistanın Baş naziri vurğulayıb ki, sərhəddə basdırılan dirəklər Qərbi Azərbaycan ideyasını ortadan qaldırır...

Politoloq: “Paşinyanın dedikləri sadəcə daxili auditoriyaya fokuslanıb. Ermənistan hakimiyyəti etirazlar fonunda delimitasiya prosesinin önəmini dortaya qoymağa çalışır”.

“Paşinyan öz ölkəsinin sərhədlərini hüquqiləşdirməklə doğrudan da Ermənistanın təhlükəsizliyini möhkəmləndirir. Erməni xalqının bir hissəsi bunu başa düşmürsə, faşist ideologiyası ilə yaşayırsa, bu erməni xalqının problemidir və bu problem sonucda Erməsintan dövlətinin yox olmasına səbəb ola bilər”.

Bu sözləri politoloq Turan Rzayev Paşinyanın Qərbi Azərbaycan ideyası ilə bağlı dediklərini Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Tavuşda həyata keçirilən Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası Azərbaycandan Ermənistana qarşı olan təhlükəni aradan qaldırır. Paşinyan vurğulayıb ki, sərhəddə basdırılan dirəklər Qərbi Azərbaycan ideyasını ortadan qaldırır.

Paşinyanın bu yanaşmasını nə qədər doğrudur və sərhədlərin delimitasiyası eyni zamanda hazırda Ermənistan ərazisində məhvə düçar olan Azərbaycan tarixinin tamamilə unudulması anlamına gəlirmi?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Paşinyan qeyd etdi ki, noyabr ayına qədər sülh müqaviləsi imzalana bilər. Bu da o deməkdir ki, COP29-a qədər ən azından çərçivə sülh sazişi imzalana bilər”.

Tərəflərin indiki məqamda delimitasiya prosesini Almatı bəyannaməsi əsasında aparılmasına görə razılığa gəldiklərini xatırladan politoloq Poliqon-a aşqıalamasında qeyd edib ki, bu Azərbaycanın tarixindən yaxud da tarixi torpaqlarından imtinası anlamına gəlmir:

“Əvvəla onu qeyd edim ki, Paşinyanın dediyi kimi Tavuşda həyata keçirilən Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası, Azərbaycandan Ermənistan tərəfindən olan təhlükəni aradan qaldırmır. Çünki ümumiyyətlə belə bir təhlükə yoxdur. Azərbaycan-Ermənistan mövcud gərginliyinin konkret səbəbləri var. Bu gərginliyin aradan qaldırılması üçün də müvafiq işlər görülür. Yəni Azərbaycan 44 günlük müharibə və antiterror əməmliyyatları fonunda Dağlıq Qarabağ etapını bitirdi. Bununla da iki xalq arasında münaqişənin 60-70 faizi bitdi.

Yerə qalan məsələr - sərhədlərin delimitasiyası, anklavlar, kommunikasiya xətlərinin açılması, ərazi bütövlüyünün tanınması kimi məsələlərdir ki, bunların həll edilməsi iki ölkə arasındakı müvafiq danışıqlardan asılıdır.

Paşinyanın dedikləri isə sadəcə daxili auditoriyaya fokuslanıb. Ermənistan hakimiyyəti etirazlar fonunda delimitasiya prosesinin önəmini dortaya qoymağa çalışır. Paşinyan ermənilərə demək istəyir ki, biz sərhədlərin hüquqiləşməsi üçün addımlar atmaqda məcbur idik, yoxsa Azərbaycan ərazilərimizi işğal edəcəkdi. Ən azından Paşinyan belə bir təəssürat yaratmağa çalışır.

Amma Azərbaycanın Ermənistanın ərazilərini işğal etmək niyyəti yox idi. Belə bir məsələ o zaman gündəmdə ola bilərdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqdı. O zaman eyni qaydada da Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımayacaq və Ermənistan ərazilərinin əslində Azərbaycana aid olduğunu önə sürəcəkdi. Bu reallıq var və mən hesab edirəm ki, Paşinyan öz ölkəsinin sərhədlərini hüquqiləşdirməklə doğrudan da Ermənistanın təhlükəsizliyini möhkəmləndirir. Erməni xalqının bir hissəsi bunu başa düşmürsə, faşist ideologiyası ilə yaşayırsa, bu erməni xalqının problemidir və bu problem sonucda Erməsintan dövlətinin yox olmasına səbəb ola bilər.

Nəzərə almaq lazımdır ki, 1918-ci il Paris sülh konfransının qərarlarına əsasən Cənubi Qafqazın qəbul edilmiş siyasi xəritəsi var. Həmin siyasi xəritədə İrəvan və ətrafını çıxmaq şərtilə, Göyçənin yarısı, Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi sayılırdı. Bu ərazilər daha sonra Ermənistana verilib, həm də referendum olmadan verilib.

Turan Rzayev: “Münasibətlər normallaşandan, sərhədlər açılandan sonra Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtması məsələsi gündəmə gələ bilər”.

Bununla belə Sovet İttifaqı dağılandan sonra Almatı bəyannaməsinə görə Sovet İttifaqından çıxan ölkələr çıxdıqları ərazi ilə bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar. Amma daha sonra Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, bir növ Almata bəyannaməsinin pozulması demək idi. Tərəflər indiki məqamda delimitasiyası prosesini Almatı bəyannaməsi əsasında aparılmasına görə razılığa gəliblər. Bu Azərbaycanın tarixindən yaxud da tarixi torpaqlarından imtinası anlamına gəlmir. Cənab Prezident də dediyi kimi o ərazilər bizim ərazilərdir və biz oraya tanksız, topsuz gedəcəyik.

Yəni münasibətlər normallaşandan, sərhədlər açılandan sonra Qərbi azərbaycanlıların da öz torpaqlarına qayıtması məsələsi gündəmə gələ bilər. Qərbi azərbaycanlıların oraya qayıdışı zamanla mümkün ola bilər. Amma bu o demək deyil ki, biz Ermənistanın ərazilərini işğal etmək niyyətindəyik. Bu gün uğurlu danışıqlar prosesinin şahidi oluruq. Delimitasiya prosesi uğurla davam edir. Qazaxın 4 kəndi qeyri-şərtsiz bizə qaytarıldı. Sülh danışıqları da gedir.

Cənab Prezidentin də dediyi kimi COP29-a qədər çərçivə sazişi imzalana bilər. Dünən də Paşinyan qeyd etdi ki, noyabr ayına qədər sülh müqaviləsi imzalana bilər. Bu da o deməkdir ki, COP29-a qədər ən azından çərçivə sülh sazişi imzalana bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar