Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlillik üçün müalicə müddəti gözlənilmədən göndəriş verilən xəstəliklərin sayı 15 dəfə artırılıb

Nazirlər Kabinetinin yeni Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişikliklər edilib...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Poliqon-a verilən xəbərə görə, dəyişikliklər əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin rəsmiləşdirilməsi və qiymətləndirmə prosedurunun təkmilləşdirilməsinə, bu sahədə xidmətlərinin çevikliyinin və vətəndaş məmnunluğunun, əlillik sisteminə əlçatanlığın artırılmasına xidmət edir.

Bu vaxtadək tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən bu və ya digər şəxsin əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin (forma 88) rəsmiləşdirilməsi üçün bir çox xəstəliklərin ağır və ya yüngül olmasından, şəxsin yaşından və s. asılı olmayaraq minimum 6 ay müalicə müddəti tələb olunurdu.

Yeni dəyişikliklərə əsasən, bu tələblə bağlı dəqiqləşdirmələr aparılıb və əlilliyin qiymətləndirilməsi məqsədilə ilkin müraciət zamanı müalicə müddəti gözlənilmədən göndərişlərin rəsmiləşdirilməsinə əsas verən xəstəliklərin sayı təqribən 15 dəfə artırılaraq 5-dən 73-ə çatdırılıb.

Əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı isə xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən olunub.

Eləcə də göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar müvafiq araşdırma bitdikdən sonra artıq 3 iş günü müddətindən gec olmayaraq yox, yeni dəyişikliklərə əsasən, dərhal qəbul edilməlidir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar