Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metropoliteni: Stansiyalarda xüsusi nəzarət mexanizmləri tətbiq edilib

Bakı metropolitenin stansiyalarında sərnişin sıxlığının tənzimlənməsi məqsədilə səhər (07:00-10:00) və axşam (17:30-19:30) gur saatlarda, eləcə də tədris növbələrinin dəyişdiyi günorta vaxtlarında xüsusi nəzarət mexanizmləri tətbiq edilib...

Bakı metropolitenindən verilən məlumata görə, sərnişin sıxlığı zamanı platformaların ifrat yüklənməsinin qarşısını almaq, sərnişin axınını tənzimləmək məqsədilə eskalator meydançalarında, yuxarı vestibüllərdə və keçid və girişlərdə stansiyaların, müvafiq sahələr üzrə rəhbər və işçi heyətinin nəzarəti gücləndirilib.

Qatarların qapılarının saxlanması ilə yarana biləcək yubanmaların baş verməməsi, sərnişinlərin vaqonlara minib-düşməsinin sürətləndirilməsi məqsədilə ən sıx axın olan stansiyalarda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunub.

“Sentyabr ayı ərzində, əsasən, hərəkət qrafikinə əməl olunub, ciddi problemlər yaşanmayıb”, - məlumatda vurğulanır.

Məlumata görə, mövcud vəziyyətə uyğun, günorta saatlarında ehtiyat qatardan istifadə olunması müntəzəm təmin edilir. Həmin vaxt “Gənclik”, “28 May” və “Elmlər Akademiyası” daha sıx stansiyalar olduğundan ehtiyat qatar “Nərimanov” elektrik deposundan xəttə çıxarılır. Səhər və axşam gur saatlarda texniki cəhətdən hazırda mümkün olan ən sıx qrafik tətbiq olunduğundan ehtiyat qatarlardan müntəzəm istifadə edilməsi qeyri-mümkündür. Bununla belə, qatarların hərəkətində müvafiq manevrlər və digər operativ tədbrilər nəzarətdə saxlanılır.

Poliqon.info


Etiket: metro


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu məmurlar parlament seçkilərindən sonra istefa verəcək - Siyahı

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Adı kazinoda külli miqdarda pul uduzmaqda hallanan prorektor deputatlığa hazırlaşır? – İddia

Azərbaycanda dəhşətli xəstəlik can aldı: "Yoluxanların sağalması mümkün deyil"

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Pezeşkiana qarşı müqavimət... - Prezident vədlərini yerinə yetirə biləcək?

Pezeşkiandan inqilabi ilk: Azərbaycan dili ilə bağlı...

Ermənistan dayanmadan silahlanır... - Bu sülh prosesini durdura bilər?

Ən çox oxunanalar