Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azər Axşam: “Təcrübəm kiməsə lazımdırsa, qapım açıqdır”

“Axşamın oyunu” verilişinin aparıcısı, aktyor Azər Şabanov (Axşam) ATV telekanalı ilə yollarını ayırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib...

Məsələ ilə bağlı məlumat almaq üçün Oxu.Az-ın əməkdaşı aparıcı Azər Axşamla danışıb.

Aparıcı yayılan məlumatı təsdiqləyib:

“Düzdür, ATV telekanalı ilə yollarımızı ayırdıq. Hələ ki, gözləyirik. Bundan sonra ünvan olaraq harada olacağım bəlli deyil. Nə olacağını zaman göstərəcək. Hələ təklif yoxdur. ATV-dən mövsüm başlayan zaman yolları ayırmaq qərarına gəldiklərini bildirdilər. Hər bir televiziyada iyun və iyul ayında mövsüm dayanır. Həmin vaxt məlumat versəydilər, daha yaxşı olardı. Lakin indi bütün televiziyalarda nə olacağı bəllidir. Anidən oldu, çox təəccübləndim”.

Azər Axşam qeyd edib ki, təcrübəm kiməsə lazımdırsa, qapım açıqdır:
“Mənə öncədən xəbərdarlıq olunmamışdı. Müqavilə noyabr ayında yenilənməlidir. Bir həftə öncə kadrlar şöbəsindən çox hörmət etdiyim şəxs zəng vurub dedi. Çox təəccübləndim.

50 yaşım var. 25 ildir ki, televiziyadayam. Bu günə qədər heç bir problem yaşamamışam. Kanala artıq lazım deyiləmsə, bu da başadüşüləndir. Mən kimisə məcbur edə bilmərəm. Baxımlı televiziya yoxdur. Baxımlı veriliş var. Əvvəlcədən bilsəydim, dostlara müraciət edərdim”.

“Heç kəslə düşmənçiliyim yoxdur. Sabah nə olacaq bilinmir. Canımız sağ olsun. Mən heç kimdən acıqlı, hirsli, incik deyiləm. Allah istəməsə, ağacdan bir yarpaq belə düşməz. Bəlkə də xeyirlisi budur. Bu günümüzə şükürlər olsun. Ona görə kimsədən küsməmişəm. Sadəcə təəccübləndim. Mövsümün sonunda deyilsəydi, yaxşı olardı. Çünki təkliflər ola bilərdi. Mənim incikliyim yoxdur. Sənətçi küskünlüyüm var”, - deyə Azər Axşam əlavə edib.

Poliqon.info


Etiket: Azər Axşam


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Bakıda qıza görə qətlə yetirilən Turalın sevgilisi: "Məni şantaj edirdi"

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Xarkova hücum Rusiya üçün böyük fəlakətə çevrilir

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Şuşada daşınmaz əmlak əldə etmək istəyənlərə şad xəbər

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Ən çox oxunanalar