Cümə axşamı, 07 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərbi Azərbaycan Xronikası: Cildən gətirilən “qara daş”ın möcüzəsi - Video

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Göyçə mahalının, Çəmbərək (Krasnoselsk) rayonunun Cil kəndi haqqında xüsusi buraxılış hazırlanıb.

Poliqon.info xəbər verir ki, verilişdə Cil kəndinin etnoqrafiyası, xalçaçılığı, atət-ənənələri, mətbəxi, toyları, aşıq sənəti, bayram ənənələri və digər sahələrindən geniş söhbət açılıb.

Bildirilib ki, Cil İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd. Rayon mərkəzindən 28 kilometr cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Adı Qafqazın 5 verstlik xəritəsində qeyd edilib.

Vurğulanıb ki, bu kənd Göyçə mahalında Çəmbərək rayonu yaradılana qədər, yəni 1937-ci il dekabrın 31-dək Vardenis rayonunun tərkibində olub. Tarixi mənbələrdə kəndin XII əsrdə salındığı göstərilir. "Cil" toponimi Azərbaycan dilində "torpağın üstünü basan süpürgəvari ot" mənasında işlənən cil sözü əsasında əmələ gəlib. Bu söz Qazax dialektində "otun bir növü", Naxçıvan dialektində "ağacın kökü" mənasında işlənir. Ümumiyyətlə, cil otu bataqlıqlarda bitir və onun kökündə aşı maddəsi olur.

Süjetdə 1988-ci ildə Ermənistan rəhbərliyindən “Göyçə Mahalına Muxtariyyət” tələbi ilə Cildə və ətraf kəndlərdə keçirilən etiraz aksiyalarından söz açılır, bu kənddən gətirilən “qara daş”ın möcüzəsinə aydınlıq gətirilir. Qeyd olunur ki, bu daşa əl vuran adam 3 gündən sonra ölür və ona toxunanda qan axır, göz yaşı tökülür.

Həmçinin gümbəzi dağıdan erməni ailəsi niyə məhv oldu, “qara daşa” insanlar niyə sitayiş ediblər, ilin hansı günü heç kim çimmirdi, günortadan sonra meyiti niyə dəfn etmək olmazdı, gəlini günortadan sonra gətirəndə ailədə niyə faciə olurdu və s. suallara cavab tapılır.

Sonda Göyçə aşıq məktəbinin görkəmli nümayəndəsi mərhum Aşıq Müseyibin yaradıcılığına toxunulur, onun ifasında saz havası səsləndirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Britaniya iki türk ölkəsinə sanksiya tətbiq etdi

Azərbaycan-Gürcüstan sərhədində 20 kilometrlik tıxac yarandı - Video

DİN-dən xəbərdarlıq: “Beş min manatadək cərimələnə bilərsiniz” - Foto

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib - Yenilənib

İtaliya “Bir Kəmər-Bir Yol” layihəsindən çıxır

Ərdoğana görə sərt tədbirlər: Mitinqlər qadağan olundu, sneyperlər binalara yerləşdiriləcək

Harada gəldi qəza işıq siqnalını yandırmaq olmaz - İzah

Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

Bütün Ukraynaya yenidən kütləvi hücum başladı - Video

Ən çox oxunanalar