Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ersin Tatar: Şimali Kipr artıq bir reallıqdır, bizim öz vətənimizdir

Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında iştirak edən Tatar Nyu Yorkda Şimali Kipr vətəndaşları ilə görüşüb...

“Azad iradəmizlə qurduğumuz dövlətimizin tanınmasına ehtiyac var”.

Poliqon xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar deyib.

Prezident Baş Assambleyasında çıxışında xaricdə yaşayan Kipr türklərinin birlik və bərabərlik içində olduqlarını və heç vaxt vətənlərindən ayrılmadıqlarını bildirib. Gələcək nəsillərin Şimali Kiprlə əlaqələrini qoruyub saxlamasının vacibliyinə diqqət çəkən Tatar Türkiyənin dəstəyinin vacib olduğunu vurğulayıb.

Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında Kipr türklərinə qarşı haqsızlıqlara son qoyulmalı, təzyiqçi embarqo və təcridlərin aradan qaldırılması, Şimali Kiprin müstəqilliyinin qəbul və tanınması lazım olduğunu deyib.

“Bu dəstək haqq işimizin bütün dünyada elan olunması və qəbul edilməsi üçün vacibdir”, deyə Tatar bildirib.

Fərqli ölkələrlə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işlərin əhəmiyyətinə diqqət çəkən Tatar “Şimali Kipr artıq bir reallıqdır, Kipr türklərinin öz gələcəkləri üçün müstəqil yaşaya biləcəkləri bir vətəndir, bizim öz vətənimizdir”, deyib.

Nyu Yorkdakı təmaslarına da toxunan Tatar Kipr türk xalqının ədalətli mübarizəsinin dünyada özünə yer tapması üçün Kiprdəki ayrı-seçkiliyə son qoyulmalı olduğunu bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

UEFA Çempionlar Liqası: "Qarabağ" evdə Bolqarıstan klubuna məğlub olub - Yenilənib

Paris-2024: Mariya Stadnik yarışı medalsız başa vurub

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - Yenilənib    

Qazaxda dövlət qulluqçuları üçün “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda təlim keçirilib

Ən çox oxunanalar