Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

WP: Qərb siyasətçiləri Ukraynanı prezident seçkiləri keçirməyə çağırır

Bəzi Qərb siyasətçiləri (Ağ ev istisna) Ukrayna hələ də Rusiya ilə müharibə vəziyyətində olsa da, onu növbəti prezident seçkiləri keçirməyə çağırır...

“Report” xəbər verir ki, bu barədə “Washington Post” yazıb.

Nəşr xatırladır ki, Kiyevə ilk belə müraciətlə Niderlandı təmsil edən Avropa Şurası Parlament Assambleyasının rəhbəri Tini Koks olub. Oxşar fikri nüfuzlu amerikalı respublikaçı senator Lindsi Qrem də Kiyevə səfəri zamanı dilə gətirib.

Amerika siyasətinin mühafizəkar qanadının digər nümayəndələri, o cümlədən aparıcı Taker Karlson Ukraynada seçkilərin keçirilməsini təklif ediblər.

Ukrayna konstitusiyasına görə, ölkə hakimiyyətinin nümayəndələri dəfələrlə bəyan etdikləri kimi, hərbi vəziyyət dövründə seçkilər keçirilə bilməz. Ukraynada növbəti prezident seçkiləri 2024-cü il martın 31-dən gec olmayaraq keçirilməlidir, lakin mövcud qanunlara görə, əgər o vaxta qədər ölkədə hərbi vəziyyət olarsa, seçkilər keçirilə bilməz. Bu o deməkdir ki, səsvermənin keçirilməsi üçün ya ölkə konstitusiyasına dəyişiklik edilməlidir, ya da hərbi vəziyyət müvəqqəti olaraq ləğv edilməlidir.

Ukrayna rəsmiləri, eləcə də “Washington Post” qəzetinə müsahibə verən seçki ekspertləri razılaşırlar ki, müharibə zamanı azad və ədalətli seçkilərin keçirilməsi, demək olar ki, mümkün deyil.

Qəzet xatırladır ki, Ukrayna ərazisinin təxminən beşdə biri Rusiyanın işğalı altındadır və ölkənin milyonlarla sakini evlərini tərk etməyə və ya xaricə getməyə məcbur olub. Cəbhədə on minlərlə hərbi qulluqçu da var.

Nəşrin müəllifləri ilə təkbətək söhbətlərində Ukrayna rəsmiləri bildiriblər ki, belə şəraitdə prezident seçkilərinin keçirilməsi, demək olar ki, mümkün deyil - Rusiya Ukraynanı daxildən zəiflətmək üçün vəziyyətdən istifadə edə bilər: xüsusilə Ukrayna cəmiyyətində və siyasətçilər arasında parçalanmaları artırmağa çalışa bilərlər.

Rusiyalılar bunu öz gizli kanalları ilə aşılayırlar. Müharibə zamanı demokratik seçkilərin keçirilə biləcəyi vəziyyət yoxdur”, - adı çəkilməyən ukraynalı məmur qəzetə deyib. Həmin şəxs əlavə edib ki, seçkilərin keçirilməsi “Ukrayna dövlətinin çox kövrək siyasi gücünü məhv edə bilər”.

Nəşr qeyd edib ki, bununla belə, Ukrayna rəsmiləri dəstəyinə ehtiyacı olan Qərb siyasətçiləri ilə münaqişəyə düşməmək üçün prezident seçkilərinin keçirilməsi ideyasını birbaşa rədd etməyiblər.

Qəzetin yazdığına görə, Prezident Cozef Baydenin administrasiyası hesab edir ki, seçkilərin keçirilməsi ilə bağlı qərarı Ukrayna verməlidir. Müəlliflər Ağ evin adı açıqlanmayan nümayəndəsinin sözlərinə istinad edir. Onun sözlərinə görə, Vaşinqton müharibə zamanı seçki keçirməyin nə qədər çətin olduğunu başa düşür.

Ukrayna parlamentinin üzvlərindən birinin sözlərinə görə, bu cür çağırışlar əsasən 2024-cü ildə ABŞ-də keçiriləcək prezident seçkilərində yaxın vaxtlarda iştirak edəcək respublikaçılardan gəlir.

“Bu, məntiqlidir və gözləniləndir. Əlbəttə, Ukrayna məsələləri bu və ya digər şəkildə Amerikanın daxili diskursunun bir hissəsi olacaq”, - Radanın adı açıqlanmayan xalq deputatı qəzetə deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Ən çox oxunanalar