Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: Antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin Qarabağda olduğunu sübut etdi

Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirləri bölgədə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin olduğunu sübut etdi.

Poliqon-un xəbərinə görə, bunu CNN-ə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycan dəfələrlə Qarabağda Ermənistan silahlı qüvvələrinin ağır artilleriya elementlərinə malik on min hərbçisinin olduğunu deyib. Bu son antiterror tədbirləri nümayiş etdirdi ki, biz yaraqlılarla deyil, real döyüş qüvvəsi ilə məşğul oluruq. Bu, Azərbaycanın, həmçinin daha geniş regionun təhlükəsizliynə ciddi təhdid törədir. Bu artıq başa çatıb”

Hikmət Hacıyev vurğulayıb ki, Ermənistan Baş naziri Qarabağda Ermənistan silahlı qüvvələrinin olduğunu inkar edib, lakin Qarabağdakı qanunsuz marionet rejim orada Ermənistan hərbçilərinin olduğunu etiraf edib.

O, əlavə edib ki, Azərbaycan Rusiya sülhməramlıları, həmçinin öz beynəlxalq tərəfdaşları vasitəsilə atəşkəsin əldə edilməsi prosesində aktiv iştirak edib. Hacıyev ABŞ-ın da sözügedən proseslərdə iştirak etdiyini diqqətə çatdırıb.

Hikmət Hacıyev Azərbaycanın gündəliyinin sülh gündəliyi olduğunu, Qarabağdakı dinc erməni sakinlərin Azərbaycanın siyasi, sosial, iqtisadi reinteqrasiyasının təmin ediləcəyini, sıravi erməni əhalinin hüquq və təhlükəsizliklərinin Azərbaycan Konstitusiyası əsasında təmin olunacağını vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Ən çox oxunanalar