Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlıq sazişini müzakirə edir

Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı krallığın İsraillə münasibətlərinin normallaşdırılmasının şərti kimi hərbi əməkdaşlıq sazişinin bağlanması imkanını müzakirə edir...

Poliqon xəbər verir ki, bu barədə Amerika rəsmiləri arasında olan mənbələrə istinadən The New York Times qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, Vaşinqton və Ər-Riyadın müzakirə etdiyi saziş ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə bağladığı müdafiə sazişlərinə bənzəyəcək. Sənəddə göstərilir ki, Birləşmiş Ştatlar krallığa və ya digər Yaxın Şərq dövlətinə hücum ediləcəyi təqdirdə Səudiyyə Ərəbistanına hərbi dəstək göstərməyi öhdəsinə götürür.

“Vəliəhd şahzadə Məhəmməd bin Salman Birləşmiş Ştatlarla müdafiə sazişini ABŞ prezidenti Co Bayden administrasiyası ilə Səudiyyə-İsrail münasibətlərinin normallaşdırılmasına dair danışıqlarının vacib aspekti hesab edir”, deyə NYT yazır. Qəzet qeyd edir ki, Səudiyyə rəsmiləri müdafiə sahəsində əməkdaşlığın İran və ya onun müttəfiqlərinin potensial hücumlarının qarşısını almağa kömək edəcəyinə inanırlar.

NYT yazır ki, bununla belə, Amerika Konqresi ABŞSəudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq sazişinə qarşı çıxa bilər. Bəzi ABŞ qanunvericiləri, xüsusən də Demokratlar Səudiyyə hökumətini və şahzadə Məhəmməd bin Salmanı “ABŞ-ın maraqlarına və insan haqlarına az əhəmiyyət verən etibarsız tərəfdaş” kimi qiymətləndirirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Ən çox oxunanalar