Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlanıb

Bu gün Ermənistanın paytaxtı İrəvanın Ağsaqqallar Şurasına keçirilən seçkilərdə kütləvi qanunsuzluqlar aşkarlanıb...

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Müstəqil müşahidəçi” ictimai alyansının nümayəndəsi, “Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının proqram koordinatoru Daniel İoannisyan İrəvan Ağsaqqallar Şurasına seçkilərin müşahidəsinin aralıq nəticələrini təqdim edib.

O, qeyd edib ki, əsasən hakim “Mülki Müqavilə” Partiyası tərəfindən törədilən 48 qanun pozuntusu qeydə alınıb.

“Bir çox yerlərdə səsləri toplayan, seçicilərə zəng edərək məntəqəyə çağıran “sahibkarların” fəallığını görürük. Bu, əsasən, “Mülki Müqavilə” tərəfindən geniş yayılıb. Elə yerlər var ki, bu işi koordinasiya edən kriminal avtoritetlər dairəsindən olan şəxsləri müşahidə etdik. Məsələn, Kanaker-Zeytun inzibati rayonunda kriminal avtoritetlərlə əlaqəsi olan konkret şəxsin məntəqədən məntəqəyə getdiyini, hər bir məntəqədə və ya ondan kənarda “Mülki müqavilə”nin nümayəndələri ilə görüşdüyünü qeyd edirlər”, - İoannisyan bildirib.

Qeyd edək ki, Ermənistan Prokurorluğu seçkiöncəsi dövr ərzində təşviqat kampaniyası zamanı qanun pozuntuları ilə bağlı 17 nəşri, məlumatı və bəyanatı araşdırıb. Bunu Ermənistan Mərkəzi Seçki Komissiyasında keçirdiyi brifinqdə Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin şöbə rəhbəri Edqar Arsenyan avqustun 23-dən 15 sentyabra qədər olan dövr üçün məlumatları təqdim edərkən deyib.

On yeddi məlumat və bəyanatların 7-si baxılması üçün polisə göndərilib. Yeddi işdən 5-i rüşvət alma və ya mitinqdə iştiraka məcbur etmə (və ya bundan imtina etmə), biri seçkiqabağı dövrdə siyasi partiyalar tərəfindən xeyriyyəçilik fəaliyyəti ilə bağlı qadağanın pozulması və s. pozuntularla bağlı olub.

Bundan başqa, xeyriyyəçiliklə bağlı qadağanın pozulması ilə bağlı daha iki bəyanat Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib.

Bu gün seçkilər başlayandan saat 14:00-dək 4 ərizəyə baxılıb, onlardan biri təkrar səsvermə cəhdi ilə bağlı olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Rusiya artıq sülh prosesində iştirak etməsinin imkansızlığını başa düşür?

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Ən çox oxunanalar