Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ravvin: “Ermənilərin Holokostdan danışmağa haqqı yoxdur”

“Ermənilər Holokostun nə olduğunu bilmirlər və onların bu barədə danışmağa haqqı yoxdur”.

“Report” xəbər verir ki, bu barədə Təl-Əvivdəki dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantovun Ermənistan tərəfinin Azərbaycana qarşı ittihamlarına cavab olaraq etdiyi müraciətdə deyilir.

“Onlar (ermənilər – red.) yəhudi xalqının başına gələnlərlə nəyisə müqayisə belə etməməlidirlər. Onlar yaşadıqları cənnəti Holokost adlandırırlar”, - ravvin deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazilərini qaytardıqdan sonra ermənilər orada Azərbaycan vətəndaşları kimi normal yaşaya bilərlər.

Eyni zamanda, ravvin qeyd edib ki, Qarabağ separatçıları AzərbaycanErmənistan xalqlarının 30 il ərzində əziyyət çəkdiyi müharibəni yenidən bərpa etməyə cəhd göstərmək məqsədilə Laçın yolundan istifadə etməklə qanunsuz şəkildə silah-sursat daşımağa davam ediblər. “Elə müharibəni də Ermənistan tərəfi başlatmışdı”.

O vurğulayıb ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın təklif etdiyi yardımdan qəsdən imtina edirlər. “Bu separatçılar oradakı insanların ac qalmasını istəyirlər”, - Ş.Simantov bildirib.

Ravvin əlavə edib ki, onlar Qarabağda yaşayan ermənilərin reinteqrasiyasına da mane olurlar: “Onların normal insanlar kimi yaşamasını istəmirlər. Bu, onların günahıdır”,

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar