Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ötən mövsümün ən yaxşı futbolçusu və baş məşqçisi bəlli oldu

2022/2023 mövsümünün ən yaxşı futbolçusu bilinib...

Bu ada İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Holand layiq görülüb. Qalibin adı Fransanın Monako şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.

Norveçli forvard səsvermədə “şəhərlilər”dəki komanda yoldaşı olan belçikalı yarımmüdafiəçi Kevin De Bruyne və ötən mövsümü Fransa PSJ-sində keçirən argentinalı hücumçu Lionel Messini qabaqlayıb.

Qadınlar arasında ötən mövsümün ən yaxşısı adına isə İspaniya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Aitana Bonmati layiq görülüb.
Həmçinin, tədbirdə ötən mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşib. İngiltərənin “Mançester Siti” klubunun sükanı arxasındakı Pep Qvardiola bu ada layiq görülüb.

İspaniyalı mütəxəssisə mükafatı UEFA prezidenti Aleksander Çeferin təqdim edib. O, səsvermədə İtaliyanın “İnter” klubundakı həmkarı Simone İnzaqi və ötən mövsüm “Napoli”ni çalışdıran Luçano Spallettini qabaqlayıb.

Bununla yanaşı, Almaniya millisinin sabiq futbolçusu Miroslav Kloze UEFA Prezidenti mükafatını alıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Ən çox oxunanalar