Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti iməcilik keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti iməcilik Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində keçirilib...

Tərtər Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanmış tədbirlər planının icrası ilə əlaqədar Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində növbəti iməcilik keçirilib.

Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən iməcilikdə Tərtər Rayon İcra Hakimiyyətinin, İƏD üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşları, Kommunal Təsərrüfat İdarəsinin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.
İməcilik çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun kənarlarında alaq otları biçilib, təmizlik işləri aparılıb, ərazidə olan məişət tullantıları Kommunal Təsərrüfat idarəsinin xüsusi texnikaları vasitəsi ilə ərazidən daşınıb. Payız aylarında əkiləcək ağacların yerləri müəyyənləşdirilərək ətrafında təmizlik işləri görülüb, səliqə-səhman yaradılıb.

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətini gücləndirmək üçün təşkil edilmiş iməcilik rayon sakinləri tərəfindən məmnunluqla qarşılanıb.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar