Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib

İyulun 29-da Səhiyyə Nazirliyinin, Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində Talasemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib.

Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə minlərlə rayon sakini könüllü olaraq iştirak edib.

Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 233 nəfər qan verib.

Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, qanvermə aksiyasının məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi surətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qan vermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur. 

Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Poliqon.info

 

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Ən çox oxunanalar