Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Venesuela seçkilərin nəticələrini tanımayan ölkələrin səfirlərini qovub

Venesuela hökuməti prezident seçkilərinin nəticələrini tanımayan Argentina, Dominikan Respublikası, Kosta-Rika, Panama, Peru, Uruqvay və Çilidən bütün diplomatik personalı geri çağırmaq qərarına gəlib...

Poliqon xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin rəhbərinin dərc etdiyi bəyanatda bildirilir. Bəyanatda vurğulanır ki, bu yeddi ölkənin diplomatik nümayəndələri dərhal Venesuela ərazisini tərk etməlidirlər.

“Venesuela prezident seçkilərinin nəticələrinə məhəl qoymamaq niyyətində olan Vaşinqtona tabe olan bir qrup sağçı hökumətin müdaxiləçi hərəkətlərini və bəyanatlarını qəti şəkildə rədd edir. Bir sıra Latın Amerikası ölkələrinin prezident seçkilərinin nəticələrinə reaksiyası, Venesuela hakimiyyətinin fikrincə, ölkənin milli suverenliyini təhdid edən çirkin presedentdir”, deyə Venesuelanın xarici işlər naziri İvan Gil Pintonun X sosial şəbəkəsində dərc olunan bəyanatında bildirilir.

Qeyd edək ki, Venesuelada prezident seçkiləri iyulun 28-də keçirilib. Ölkənin Milli Seçki Şurasının məlumatına görə, hazırkı prezident Nikolas Maduro üçüncü dəfə qalib gəlib. Venesuela müxalifəti seçkinin nəticələrini tanımayıb. Yuxarıda adı çəkilən yeddi ölkənin, eləcə də Qvatemala və Ekvadorun hakimiyyət orqanları da səsvermənin nəticələrinə yenidən baxılmasını tələb ediblər. Onlar “Venesuela xalqının iradəsini və regionda demokratiyanın fundamental prinsiplərini müdafiə edəcək” qətnamənin qəbul edilməsi üçün Amerika Dövlətləri Təşkilatının fövqəladə iclasını keçirmək niyyətindədirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Ən çox oxunanalar