Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbn Sinanın “can dərmanı” adlandırdığı qarpızın 1001 faydası

Deyilənə görə, böyük loğman İbn Sinanın yolu bir dəfə yayda Azərbaycanın Aran ellərindən düşüb...

Vəba xəstəliyini mülaicə eləmək üçün el-el dolaşan alim Aranda bitən dadlı qarpızlardan yedikdən sonra deyib ki, sizə Allah dərd də verib, dərmanın da. Can dərmanınız bu qarpızdır. Bol- bol yeyin, su əvəzinə onu işlədin. Lent.az “Şəfalı bitkilər” rubrikasında hazırda mövsümü olan qarpızdan bəhs edir.

Qarpız yemək orqanizmin su ilə təminatını dəstəkləyir, xərçəngin qarşısını almağa kömək edir, iltihabı və oksidləşdirici stresi azaldır, ürəyi sağlamlaşdırır.

Qarpızın tərkibində eyni zamanda E və T vitaminləri, tiamin, riboflavin, niasin, B6 vitamini, foli turşusu, pantoten turşusu, kalsium, dəmir, maqnium, fosfor, kalium, natrium, sink, mis, marqans və selen var. Orqanizmin su təminatını dəstəkləyir. Su qəbul etmək orqanizm üçün çox vacibdir. Maraqlıdır ki, qarpızın 92 faizi sudan ibarətdir.

Qarpızın tərkibində bir sıra antioksidantlar, C vitamini, karotinoid, likopin, E kukurbitasini var.

Böyrəkdəki duzların, daşların təmizlənməsinə kömək edir.

Qarpız qabığının dəri üçün çox yaxşı bir təmizləyici və nəmləndiricidir. Xüsusilə qarpızın qabığına yaxın olan ağ hissələri ilə üzünüzü masaj edə bilərsiniz. Ayrıca iltihab əleyhinə bir təsir xüsusiyyətinə malikdir.

Qarpız toxumu xolesterol səviyyənizi tarazlıqda saxlayır və pis xolesterolu(LDL) azaldır.İçindəki lif mədə və bağırsaq sistemini tənzimləyir. Qəbizlik və həzm pozğunluğu kimi problemlərin qarşısını alır.

İçərisində likopen olan qarpız xərçəngə səbəb olan toxumaların zədələnməsinin qarşısını almaqda mühüm rol oynayır. Yüksək miqdarda antioksidan xüsusiyyətləri sayəsində bədəndəki zərərli toksinlərin səbəb ola biləcəyi zərərlərin qarçşısını alır. Beyin sağlamlığınızı gücləndirir. Tərkibindəki xolin sayəsində uzun müddətli yaddaşı qorumağa kömək edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

Dünyada qadağan olunan yağ Bakıda satılır - Foto

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçiriləcək

Sumqayıt şəhər stadionuna yeni direktor təyin olundu

Gürcüstan AŞPA-da Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan aparılan müzakirələri qəbul etmir

Ən çox oxunanalar