Bazar, 30 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya vətəndaşlarını Qarabağdan çıxarır... - Bunun arxasında hansısa məqsəd ola birlərmi?

Qarabağın dağlıq hissəsində məskunlaşdırılmış Rusiya vətəndaşları oradan çıxarılır...

Politoloq: “Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya vətəndaşı olan erməni mənşəli şəxslərin kütləvi surətdə buranı tərk etməsi əsasən separatizmə Azərbaycanın zərbə vurmasının göstəricisidir”.

“Düşünurəm ki, bu köç heç də anti-terror əməliyyatlarla bağlı deyil”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Qarabağdan Rusiya vətəndaşlarının çıxarılmasını Poliqon-a şərh edərkən qeyd edib.

Qarabağın dağlıq hissəsində məskunlaşdırılmış Rusiya vətəndaşlarının çıxarılması prosesi başlandığı bildirilir. Bu da yeni sual doğurur.

Qarabağdan Rusiya vətəndaşlarının çıxarılmasının arxasında Moskvanının hansısa məqsədi ola bilərmi, yaxud regionda yeni anti-terror əməliyyatının başlanması ehtimalı varmı?

Qarabağda baş verən son hadisələri Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycanın anti-terror əməliyyatları keçirməsi daima gündəmdədir”.

Qarabağda ErmənistanRusiya vətəndaşlarının qala bilməzlərini vurğulayan politoloq qeyd edib ki, onlar Azərbaycan vətəndaşı ola bilməz:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya vətəndaşı olan erməni mənşəli şəxslərin kütləvi surətdə buranı tərk etməsi əsasən separatizmə Azərbaycanın zərbə vurmasının göstəricisidir.

Ümumiyyətlə, Rusiya burada bir müddət pasport payladı və planlaşdırırdı ki, separatizmi inkişaf etdirəcək və rus icması da təsis etdi. Amma, Azərbaycanın prinsipial mövqeyi və Laçın yolunda NBM qurulması Rusiyanın planlarını alt üst etdi. Azərbaycan reinteqrasiya prosesinə başlamaq istiqamətində işlər həyata keçirir. Xankəndi Ağdam yolunun açılması və separatçıların bununla bağlı razılaşması istiqamətində addımlar atılır.

Azərbaycanın anti-terror əməliyyatları keçirməsi daima gündəmdədir. Azərbaycan istənilən vaxt buna həyata keçirə bilər. Düşünurəm ki, bu köç heç də anti-terror əməliyyatlarla bağlı deyil. Qarabağda ErmənistanRusiya vətəndaşları Qarabağda qala bilməzlər. Onlar Azərbaycan vətəndaşı ola bilməz. Ona görə də çıxıb gedirlər. Azərbaycan reinteqrasiya prosesinə başlayacaq. Qarabağda erməni mənşəli sakinlər Azərbaycan vətəndaşlığını qəbul edəcəklər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bir sıra vəzifəli şəxslərin əmək pensiyasına əlavələrin hesablanması qaydası dəyişib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub - Yenilənib

İranda seçkilərdə 10,4 milyon səs hesablanıb, Səid Cəlili öndədir - Yenilənib

Atanın verdiyi "şirinliyə" etiraz edən mama-ginekoloq işindən oldu

Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı - Rəsmi

Bu gündən deputatlığa namizədlər irəli sürülə bilər

Gəncədə yanan üç nəfərdən ikisi Bakıya göndərilib - Yenilənib

Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək

Bakıda yük avtomobilindən texnika yola aşıb - Yenilənib

Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb

Ən çox oxunanalar