Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fulton dairəsi şerifi: Tramp təslim olduqdan sonra həbsxanaya salınacaq...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Corciya ştatının münsiflər heyəti tərəfindən bazar ertəsi gecə 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdləri ilə əlaqədar ittiham olunan daha 18 nəfər Fulton qraflığının həbsxanasına yerləşdiriləcək...

Poliqon xəbər verir ki, bu barədə Fulton qraflığının şerif ofisinin sözçüsü Natali Ammons bildirib.

“Hazırda rayon prokurorluğundan və sədrlik edən hakimdən alınan təlimata əsasən, ittihamnamədə adı çəkilən 19 müttəhimin hamısının Rays Street həbsxanasına salınacağı gözlənilir”, deyə sözçünün açıqlamasında bildirilir.

“Unutmayın, təqsirləndirilən şəxslər istənilən vaxt təslim ola bilərlər. Həbsxana həftənin yeddi günü gecə-gündüz açıqdır”, deyə Natali Ammons əlavə edib.

Qeyd edək ki, ir gün əvvəl Corciya böyük münsiflər heyəti Trampı və 18 nəfərdən ibarət qrupu 2020-ci il seçkilərinin nəticələrini saxtalaşdırmaq cəhdləri ilə bağlı ittiham edib. The Washington Post qəzetinin yazdığına görə, Tramp 13 maddə ilə ittiham olunub. Bunlara reketçilik və korrupsiyaya qarşı dövlət qanunlarının pozulması, dövlət məmurları tərəfindən andı pozmağa təhrik, saxtakarlıq üçün sui-qəsd və saxta sənədlərin təqdim edilməsi daxildir.

İttihamlar irəli sürülən Trampın müttəfiqləri arasında onun vəkili Rudi Ciuliani, Ağ Evin keçmiş rəhbəri Mark Medouz və bir neçə müşaviri də var.

Fulton dairəsinin hakimi Fanni Uillis müttəhimlərə məhkəməyə gəlmək üçün avqustun 25-i günortaya qədər vaxt verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Qisas” antiterror əməliyyatından iki il ötür

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

Yasamaldakı MİDA yaşayış kompleksində yanğın olub - Foto,Video

Ən çox oxunanalar