Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fətullah Gülən ABŞ-dan İsveçrəyə qaçmağa hazırlaşır...

“Sabah” qəzetinin əməkdaşı Mehmet Övür diddia edib ki, rəsmi Ankaraya Gülənin İsveçrəyə gedəcəyi ilə bağlı xəbər gəlib...

Poliqon axar.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist, “Hürriyət” qəzetinin əməkdaşı Nədim Şənər məlumat yayıb.

“FETÖ lideri Gülən Mehmet Əli Şəngülün ölümü, daha əvvəl də Pensilvaniya ştatındakı evində zəhərlənməsi, ekstradisiya oluna biləcəyi qorxusu, bununla yanaşı, təşkilat daxilində hakimiyyət mübarizəsi zamanı onun öldürülə biləcəyi ehtimalını nəzərə alaraq təşvişə düşüb. Gülən özünü təhlükəsiz hiss edəcəyi başqa ölkəyə getmək üçün hazırlıqlara başlayıb. Onun bununla bağlı rəsmi qurumlara müraciət etdiyi də bildirilir”, - N.Şənər vurğulayıb.

Bundan başqa, “Sabah” qəzetinin əməkdaşı Mehmet Övür də məsələ ilə bağlı fikirlərini bölüşüb. O iddia edib ki, rəsmi Ankaraya Gülənin İsveçrəyə gedəcəyi ilə bağlı xəbər gəlib:

“Ancaq FETÖ daxilindəki savaşlarda Gülən üçün təhdid sayılan Mustafa Özcan (MÖZ) qruplaşması da mövcuddur. Bu qruplaşmanın İsveçrədə təsir gücü yüksəkdir. Gülən Pensilvaniyada deyil, təşkilatı ələ keçirməyə çalışan Mustafa Özcanın təsirli olduğu İsveçrədə daha təhlükəsiz yaşayacaqmı? Bu inandırıcı deyil”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsinə müavin təyin edilib

Azərbaycanda şəxsiyyət vəsiqələrini fiziki təqdim etməyə ehtiyac qalmayacaq

Ən çox oxunanalar