Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda da dövlət orqanlarına qəbulu DİM həyata keçirəcək

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi ləğv edilib və artıq Naxçıvanda da dövlət orqanlarına dövlət qulluqçularının qəbulu, inzibati vəzifələrin tutulması Azərbaycan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək...

Bu barədə DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova Naxçıvanda dövlət qulluqçuları ilə dövlət qulluğuna qəbul məsələlərinin müzakirəsinə dair təlimdə deyib.

Onun sözlərinə görə, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq sosial-iqtisadi inkişafa doğru uğurlu addımlar atılmaqdadır. Görülən işlərin bir hissəsi də məhz dövlət qulluğu sahəsində aparılır. Bu sahədə əsas istiqamət peşəkar kadrların, yüksək ixtisaslı mütəxəssislərin hazırlığı və qəbuludur.

"Biz ayda bir dəfə dövlət qulluğuna qəbulla bağlı sertifikat imtahanları keçiririk. Eyni imtahanları Naxçıvanda da təşkil edəcəyik. Burada da dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər o imtahanlarda iştirak edə biləcək, sertifikatları əldə edə biləcəklər. Onlar bu sertifikatla Azərbaycanın digər dövlət orqanlarına da müraciət edə biləcəklər", - N.Bayramova qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - Yenilənin

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay