Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski: "Ukraynanın əks-hücumları hamının gözlədiyindən daha çətin və ləng davam edir”

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları hamının gözlədiyindən daha çətin və ləng davam edir”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində deyib.

O, mövcud çətinliyə baxmayaraq, təşəbbüsün rəsmi Kiyevin əlində olduğunu bildirib: “Çünki bizim hərbçilərin gözündə yorğunluq, rusların gözündə isə qorxu var. Amma qalib gəlmək istəyiriksə, səbirli olmalıyıq”.

V.Zelenskinin sözlərinə görə, əks-hücum əməliyyatlarının ləng davam etməsinin əsas səbəbi ərazilərin minalanmasıdır: “Bu qədər uzun müddət mübarizə aparmaq çox çətindir. Bu, tamamilə başa düşüləndir. Xüsusilə nəzər almaq lazımdır ki, bizim kifayət qədər silahımız yoxdur”.

Ukrayna Prezidenti qeyd edib ki, Rusiya bu müharibəni daha tez və lazımsız itkilər olmadan bitirə bilər: “Bunun üçün işğalçılar ölkəmizin ərazisini tərk etməlidirlər. Ukrayna Rusiya ərazisində müharibəni davam etdirmək fikrində deyil. Bu, heç vaxt bizim məqsədimiz olmayıb. Biz yalnız öz ərazilərimizi azad edirik. Onların qayıtmağa yerləri var, bizim isə yox. Onların getməli yerləri var. Amma biz heç yerə gedə bilmərik. Bizim torpağımız Ukraynadır”.

Qeyd edək ki, Ukrayna əks-hücum əməliyyatlarına bu ilin iyunun əvvəlində başlayıb.

Daha əvvəl Qərb rəsmiləri əks-hücumun ləng davam etdiyini bildiriblər.

Poliqon.info 


Etiket: Zelenski


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Dubayda dünyanın ikinci ən hündür binası tikiləcək

Payızda sürücülərin avtomobildə etdiyi 3 ümumi səhv

Ən çox oxunanalar