Çərşənbə axşamı, 09 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cüdoçularımız XVII Avropa Gənclər Olimpiya Festivalında daha dörd medal qazanıblar - Foto

“Maribor-2023” XVII Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçirilən cüdo yarışları davam edir. Bu gün Azərbaycan komandasının dörd (iki oğlan, iki qız) üzvü tatami üzərinə çıxıb...

AZƏRTAC xəbər verir ki, təmsilçilərimiz günü iki qızıl və iki bürünc medalla başa vurublar.

Komandamıza qızıl medalları Vüsalə Hacıyeva (48 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram), bürünc medalları isə Məhəmməd Musayev (60 kiloqram) və Cəsur İbadlı (66 kiloqram) qazandırıblar.

Mübarizəyə səkkizdəbir finalda Rumıniya təmsilçisi Lorena Mandan üzərində qələbə ilə başlayan V.Hacıyeva növbəti görüşdə italiyalı Janka Juttnerə qalib gəlib. Avropa çempionu yarımfinalda fransalı Selia Maillardı da üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə də parlaq çıxışını davam etdirən cüdoçumuz ispaniyalı Aitana Diaz Hernandesi məğlub edərək XVII Avropa Gənclər Olimpiya Festivalında komandamıza ilk qızıl medalı qazandırıb.

Cüdoçumuz Xədicə Qədəşova da uğurla çıxış edərək finala vəsiqə əldə edib. O, ardıcıl olaraq Martina de Kresçenzo (İtaliya), Elise Rustige (Niderland) və Marlene Şinvalda (Avstriya) qalib gəlib. Cüdoçumuz qızıl medal uğrunda həlledici görüşdə ispaniyalı Adriana Hevia Saezə qalib gələrək “Maribor-2023”ün qızıl medalına layiq görülüb.

Oğlanların mübarizəsində isə Məhəmməd Musayev 1/16 finalda polşalı Yakob Kurovskiyə qalib gəlsə də, növbəti mərhələdə rumıniyalı Tudor Mosoi ilə görüşdə məğlub olub. Üçüncü yer uğrunda təsəlliverici görüşdə mübarizə aparan idmançımız ardıcıl olaraq Roman Dekan (Slovakiya), Amsar Damladinov (Belçika) və Tornike Cicauriyə (Gürcüstan) qalib gələrək bürünc medala sahib çıxıb.

Komandamızın digər üzvü Cəsur İbadlı da mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq rumıniyalı Andrei Buqa, fransalı Kais Quettari və niderlandlı Bazile la Fontaynedən üstün olan cüdoçumuz yarımfinalda gürcüstanlı Mate Qveleşianiyə uduzub. Üçüncü yer uğrunda görüşdə moldovalı Renat Kroitorla qarşılaşan cüdoçumuz rəqibinə qalib gələrək komandamızın aktivinə növbəti bürünc medalı yazdırıb.

Qeyd edək ki, ötən gün milli komandamızın üzvləri Nihad Məmişov (50 kiloqram) və Ayxan Mirzəzadə (55 kiloqram) bürünc medal əldə ediblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zirəddin Rasimin ölümü ilə bağlı həqiqətləri açdı - "Boğulmayıb..." - Video

Azərbaycanda 2024-cü ildə qız və oğlanlara qoyulan ən populyar adlar məlum olub

Lalə Məmmədova: “Hamilə olarkən ərim məni xəbərsiz boşadı” - Video

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib

"YouTube"da ən çox dinlənilən mahnılar hansılardır?

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olundu

Hacıqabul sakini inyeksiyadan şoka düşərək ölüb

Ən çox oxunanalar