Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşada Forumunda "Təhlükəsizlik məsələləri" adlı üçüncü sessiya başlayıb - Yenilənib

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Qlobal Media Forumunun üçüncü günü "Mediada investisiya və istehlak tendensiyaları" adlı sessiyanın davamı ilə başlayıb...

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Qlobal Media Forumunda "Təhlükəsizlik məsələləri" adlı üçüncü sessiya başlayıb.

"Report" xəbər verir ki, sessiyada jurnalistlərin təhlükəsizliyi mövzusuna toxunulub.

Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.

Milli Məclisin deputatı Nigar Arpadarai, Rumıniyanın Milli İnformasiya Agentliyi - "AGEPRES"in baş direktoru Klaudiya Viktoriya Nikola, "HK+" Milli Strategiyalar Araşdırma Layihəsi Agentliyinin müdir müavini, Koreya Siyasi Elm Assosiasiyasının vitse-prezidenti, Hankuk Xarici Tədqiqatlar Universitetinin professoru Ci Vong Cung, AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidov dünyada baş verən müxtəlif hadisələr fonunda qərəzsiz və faktlara əsaslanan xəbərlərin yayılmasının, eyni zamanda yanlış və çaşdırıcı məlumatların qarşısının alınmasının sağlam informasiya mühitinin yaranması üçün əsas şərtlərdən olduğunu qeyd ediblər. Bildirilib ki, böhran vəziyyətlərində, habelə gözlənilməyən və ya proqnozlaşdırılması mürəkkəb olan fors-major hadisələr zamanı ictimaiyyəti məlumatlandırma mexanizmlərinin mövcudıuğu, həmçinin hadisələr haqqında ilk mənbədən, dəqiq informasiyaların müvafiq kanallara çatdırılması üçün jurnalistlərin operativ və peşəkar fəaliyyəti xüsusi önəm daşıyır. Jurnalistlər qaynar nöqtələrdə, münaqişə zonalarında böyük təzyiq altında fəaliyyət göstərərək baş verən hadisələr haqqında dolğun informasiyaları toplamaq və yaymaqla mühüm missiyanı yerinə yetirərək bir çox hallarda uzunmüddətli inkişaf, sülh perspektivlərini artırırlar.

Çıxışçılar diqqətə çatdırıb ki, jurnalistikada önəmli ixtisas istiqamətlərindən biri olan "münaqişə jurnalistikası" ciddi insan hüquq pozuntuları, hərbi cinayətlər və digər məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa, beynəlxalq humanitar hüququn implementasiyası və onun pozulmasının qarşısının alınmasına xidmət edir. Bu baxımdan, jurnalistlərin peşə öhdəliklərini yerinə yetirmələri və cəmiyyətə xidmət etmələri üçün media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi son dövrlərin əsas məsələlərindəndir. Bu məqsədlə jurnalistlərin təhlükəsizliyinin qorunması ilə bağlı müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılması və hazırlanması, zəruri avadanlıqlarla təmin edilməsi ciddi zərurətdir.

Forumun iştirakçıları böhran vəziyyətlərinin kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi, münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, peşəkar "münaqişə jurnalistikası"nın inkişafı və jurnalistlərin təhlükəsizliyinin qorunması məsələləri ətrafında müzakirə aparıblar.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

***

"Report" xəbər verir ki, sessiyada yeni mediada istehlak tendensiyaları və media savadlılığı mövzusuna toxunulub.

Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.

"PA Media Qrup"un baş icraçı direktoru Clive Marşall, "DigiTips" şirkətinin təsisçi və baş icraçı direktoru Mattias Lüfkens, müdafiə analitiki Oubai Shahbandar, Gürcüstanın İctimai Televiziyasının baş direktoru Tinatin Berdzenuşişvili dezinformasiya və feyk nyusla mübarizə üsullarından danışıblar, media məhsullarının istehsal və istehlakı ilə bağlı dəyişən trendlər, mediada investisiya məsələləri media savadlılığının peşəkar medianın inkişafında rolu, yeni mediada dəyər zəncirinin yaradılması və biznes modellərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.

Forum işini iyulun 23-də yekunlaşdıracaq.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub

Elmar Məmmədyarov Polad Bülbüloğlunu əvəz edə bilər

Ən çox şikayət olunan bankların adları açıqlanıb

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Nazir keçmiş direktorunu "Aqroservis"ə sədr gətirdi

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - Yenilənin

Biləsuvarda həkim xəstəyə hücum edib yumruqladı - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay