Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın bərpası üçün 50-də artıq ölkə Londonda toplaşıb...

Ukraynanın bərpası ilə bağlı keçirilən konfransda Rusiyanın da pulları daxil olmaqla Kiyevə milyardlar vəd edilib...

Poliqon xəbər verir ki, Qərb hökumətlərinin, biznes və beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar, siyasətçilər Londonda Ukraynanın bərpası ilə bağlı konfransa toplaşıblar. İki gün davam edən tədbirdə 50-dən çox ölkədən nümayəndələr iştirak edir.

Kiyevə hərbi yardıma yönələn əksər tədbirlərdən fərqli olaraq, London toplantısında söhbət əsasən ölkənin yenidən qurulmasına investisiyaların toplanmasından gedir. Müxtəlif hesablamalara görə, Rusiyanın təcavüzü nəticəsində Ukraynaya dəyən zərər artıq 400-700 milyard dollar qiymətləndirilir. Lakin heç kim hələ ki, yekun məbləği proqnozlaşdırmağı öhdəsinə götürmür. Çünki hərbi əməliyyatlar hələ dədavam edir.

Kiyevin müttəfiqləri əmindirlər ki, vaxtı gələndə Ukraynanın bərpası üçün əsas vəsaiti Rusiya ödəyəcək.

Eyni zamanda müttəfiqlər özləri də ona Ukraynanın dağıdılmış şəhərlərinin bərpasına dəstək verməyə hazırdırlar. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Qərbin Ukraynanın qenidən qurulmasında yaxından iştirak edəcəyinə əmin olduğunu bildirib.

Dünya Bankının hesablamalarına görə, münaqişənin nəticələrinin aradan qaldırılması üçün 400 milyard dollardan çox vəsait tələb olunacaq. Kiyevin fikrincə isə tələb olunan məbləğ artıq 700 milyard dolları ötüb. Bunun sonda əslində nə qədər tələb olunacağını əslində heç kim deyə bilməz, çünki sülh hələki üfüqdə belə görünmür.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? - Dosye

Cəlilabadda dəhşət: Azyaşlını dəfələrlə meşəyə aparıb təcavüz etdilər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Ən çox oxunanalar