Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan tarixində Elçibəyin rolu və yeri - 85 illik yubileyinə silsilə tədbirlər

Hər il olduğu kimi 24 iyunda Elçibəyin doğulduğu Kələki kəndində “Doğum günü münasibəti ilə açıq hava toplantısı” keçiriləcək...

Milli Azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəyin anadan olmasının 85 illiyi ilə bağlı Bakıda, Avropanın bir sıra şəhərlərində və doğulduğu Kələki kəndində bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulub.

Yenicag.az xəbər verir ki, bu barədə tədbirləri təşkil edən Milli Hərəkatçılar Birliyiyində (MHB) yaradılmış “Təşkilat Komitəsi” tərəfindən açıqlama verilib.

Komitənin yaydığı açıqlamada bildirilir:

“Milli Hərəkatçılar Birliyi əbədi liderimiz Əbülfəz Elçibəyin anadan olmasının 85 illiyi münasibətilə silsilə tədbirlər keçirəcək. MHB Yüksək Məclisi bu barədə ayın əvvəlindən keçirdiyi onlayn tədbirlər və müzakirələr nəticəsində qərar qəbul edib və qərarın icrası MHB-nin Yönətim Kuruluna həvalə edilib.

Bundan sonra MHB Yönətim Kurulu lazımi hazırlıqları görərək, uyğun fəaliyyət planı müəyyənləşdirib. Silsilə tədbirlərin keçirilməsi ilə bağlı plan hazırlanıb. Bu planda aşağıdaki tədbirlər nəzərdə tutulur.

İlk olaraq, Elçibəyin xatirəsinə həsr edilmiş Gənclər Arasında Şahmat Turniri 22 iyun, saat 11:45-də, Bakı şəhərində keçiriləcək.

Növbəti tədbir, yenə həmin tarixdə, 22 iyun saat 21:00-da Elçibəyin həyat və fəaliyyətinə həsr edilmiş virtual konfrans şəklində keçiriləcək.

İyun ayının 23-də, saat 15:00 da, Bakı şəhərində ABP-nin (Azərbaycan Bütövlük Platforması) əsas təşkilatçılığında, ABP-MHB funksionerlərinin və qonaqların iştirakı ilə “Azərbaycan tarixində və müasir ictimai-siyasi həyatında Elçibəyin rolu və yeri” adlı konfrans öz işinə başlayacaq.

Tədbirlər silsiləsi çərçivəsində, Milli Hərəkatçılar və Elçibəyin silahdaşları iyun ayının 24-ü saat 13:00-da Fəxri Xiyabanda Elçibəyin məzarını ziyarət edəcəklər. Bunun ardınca isə, saat 15:00-da “Xudafərin Şadlıq Sarayı”nın Böyük Zalında Bakı və regionlardan hərəkatçıların, siyasətçilərin, ictimai xadimlərin və ziyalıların iştirakıyla geniş salon toplantısı olacaq. MHB Yönətim Kurulu Başkanı İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acalov tədbirlərdə iştirak etmək üçün artıq Bakı şəhərindədir.

Avropanın bir sıra şəhərlərində, o cümlədən Almaniya və İsveçrədə yaşayan MHB üzvləri də hər il olduğu kimi, 24 iyunda Elçibəyin doğum gününü çeşidli yığıncaq və tədbirlərə qeyd edəcəklər.

Hər il olduğu kimi bu tarixdə, 24 iyunda Elçibəyin doğulduğu Kələki kəndində “Doğum günü münasibəti ilə açıq hava toplantısı” keçiriləcək. Toplantıda respublikanın bir çox yerindən, o cümlədən Naxçıvan Muxtar respublikasının bütün rayonlarından qonaqların iştirakı gözlənilir. Xatırladaq ki, bu ənənəvi tədbir hər il olduğu kimi bu il də saat 11:00 da Elçibəyin Kələkidəki “Ev Muzeyi”nin ziyarəti ilə başlanacaq. Keçən il olduğu kimi, bu il də tədbirin təşkilatçısı Kələki kənd sakinləri və Milli Hərəkatçılar Birliyidir”.

Poliqon.info


Etiket: Elçibəy yubiley


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay