Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həkim-terapevt: “40-50 yaşlı kişilərdə qaraciyər xəstəliklərinə daha çox rast gəlinir”

Qaraciyər xəstəliklərinin klinik əlamətləri zəif olduğuna görə, hər bir insan vaxtaşırı qaraciyərin sağlamlığını müayinələrlə yoxlamalıdır...

“Qaraciyər sirrozu qaraciyər toxumasının bərkiməsi, böyüməsi, hüceyrə sayının azalması, yerinə birləşdirici toxumanın gəlməməsi və qaraciyər funksiyasının kifayət qədər azalmasıdır”.

Bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin Kürdəxanı Sağlamlıq Mərkəzinin həkim-terapevti Vəfa Hüseynova deyib.

Həkimin sözlərinə görə, ən təhlükəlisi də odur ki, qaraciyər lal orqan hesab edilir: “Qaraciyər xəstəlikləri ilkin mərhələlərdə heç bir əlamət verməyə bilər. Hətta çox aktiv iltihabi proses getdikdə belə xəstəni bir o qədər narahat etmir. Bu da xəstəliyin aşkarlanmasını çətinləşdirir. Xəstəliyə yoluxmamaq üçün vaxtında virus əleyhinə peyvənd vurulmalıdır. Qaraciyər orqanizmdə 500-dən çox metabolik funksiya yerinə yetirən ən böyük üzvdür. O, qanda olan toksinləri, dərman maddələrini, alkoqolu zərərsizləşdirib orqanizmdən çıxarır, qan laxtalanma faktorlarını sintez edib qanın laxtalanma prosesini təmin edir və eyni zamanda, maddələr mübadiləsində iştirak edir. Bu funksiyalarda zəifləmə baş verdikdə orqanizmdə zəiflik, iştahasızlıq, halsızlıq, arıqlama, sarılıq və s. kimi simptomlar baş qaldırır. Hepatozlar qaraciyərin piy distrofiyası (yağ hüceyrələrinin normadan 10% və ya daha çox artması) nəticəsində əmələ gəlir. Buna qaraciyərin piylənməsi deyilir”.

Vəfa Hüseynova bildirib ki, qaraciyərin iltihabı xəstəlikləri qaraciyərdə müxtəlif faktorların təsirindən əmələ gəlir: “Bunlara misal kimi qaraciyər hepatitlərini göstərə bilərik ki, bunun da əsas səbəbi viruslardır. Həmçinin, alkoqol qəbulu da qaraciyər xəstəliklərini yaradan ən böyük səbəblərdəndir. Əsasən, 40-50 yaş arası kişilərdə qaraciyər xəstəliklərinə daha çox rast gəlinir. Qaraciyərin autoimmun xəstəliyinə isə qadınlarda daha çox müşahidə olunur. Qaraciyər xəstəliklərinin əsas müalicəsi düzgün pəhrizlə ayda 4-5 kq-a qədər arıqlamaq, heyvan məhsullu yağlardan, karbohidratlardan, alkoqol qəbulundan, lazımsız dərman vasitələrinin qəbulundan uzaq durmaq, bununla yanaşı, aktiv həyat tərzi keçirmək, metabolizmanı sürətləndirməkdir. Əgər xəstəliyin səbəbi Hepatit viruslarıdırsa, virus əleyhinə dərman preparatlarından istifadə və simptomatik müalicə etmək lazımdır. Hazırda dünyada hepatit viruslara yoluxanların sayı iki milyarddan çoxdur. Bu isə hər üç-dörd nəfərdən birinin hepatitə yoluxması deməkdir. Bu xəstəlikdən hər il 1,5 milyard (30 saniyədə bir nəfər) dünyasını dəyişir”.

Həkim-terapevt vurğulayıb ki, inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin aktual problemlərindən biri qaraciyər piylənməsidir ki, onların əmələ gəlməsi artıq bədən çəkisi və metabolik sindromla sıx əlaqəlidir:

“Qaraciyər xəstələri müntəzəm olaraq həkim nəzarətində olmalı, xəstəliyin klinik-laborator müayinələri, inkişaf əlamətləri, eyni zamanda xəstələrin şikayətləri vaxtında və düzgün qiymətləndirilməlidir. Qaraciyər xəstəliklərinin klinik əlamətləri zəif olduğuna görə, hər bir insan vaxtaşırı qaraciyərin sağlamlığını müayinələrlə yoxlamalıdır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Bayden debatların ikinci raundunda iştirak etmək niyyətindədir

Mariya Zaxarova: Fransanın müstəmləkə siyasəti irqi və mədəni üstünlük ideyalarına əsaslanıb

Ermənistan NATO-nun ABŞ-də keçiriləcək sammitində iştirak edəcək

Ən çox oxunanalar