Şənbə, 29 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İştahasızlıq yaradan qıdalar və fəsadları

Xüsusən pəhriz saxlayanlar üçün iştahasızlıq yaxşı bir şey kimi görünsə də, əslində bu vitamin və mineral çatışmazlığına səbəb olur

Bədənin gün ərzində istehsal edə bilmədiyi vitaminlərə ehtiyacı var ki, onları qidalardan təmin edir. Bu vitaminlərin qəbulunun azalması nəticədə immunitetin aşağı düşməsinə və müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.

Poliqon.info Axşam.az-a istinadən iştahanı azaldan qidaları təqdim edir.

Paxlalı bitkilər

Paxlalı bitkilər xolesistokin baxımından çox zəngindir. Bu maddə bədənə daxil olduqda daha çox həzm sistemində ifraz olunur. Təbii iştahı kəsən bu qida şəkərin də düşməsinə gətirib çıxarır.

Yumurta

Səhər yeyilən yumurta gün ərzində toxluq hissi yaradır. Bu vəziyyət normal şəraitdə kilo vermək üçün yaxşı görünsə də, vitamin və mineral çatışmazlığı olan insanlar üçün sağlamlıq baxımından heç də yaxşı deyil.

Yaşıl çay

Pəhriz siyahılarının başında yer alan yaşıl çay həddindən artıq istehlak edildikdə maddələr mübadiləsini sürətləndirir və iştahı kəsərək ishal yaradır.

Zeytun yağı

Kalori yandırmaq baxımından ən ideal qidadır. Ancaq uzun müddət toxluq hissi yarada bilmə səbəbiylə iştahanın azalmasına səbəb olur. İştah azaldıqca orqanizmdə vitamin itkisi artır.

Sirkə

Həzm sistemini ləngidərək uzun müddət toxluq hissi yaradır. Bununla birlikdə qəbizlik və iştahasızlığa səbəb olur. Bu da zamanla ciddi narahatlıq yaradır.

Qreyfurt

Sürətli kilo verməyə kömək edən ideal bir qida olmasına baxmayaraq, balanssız istehlak edildikdə bədəndə bəzi mənfi fəsadlar yaradır.

Darçın

Qan şəkərini aşağı salaraq ürəkgetməsinə səbəb ola bilər.

Bibər

Araşdırmalar göstərir ki, səhər yeməyində acı bibər istehlak edildikdə, bütün gün toxluq hissi yaradır. Ancaq digər sadalanan qidalar kimi bu da vitamin və mineral çatışmazlığı yaradır.

Poliqon.info 


Etiket: Yemək


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranda səsvermə gecə yarısına qədər uzadılıb - Yenilənib

Qızılın qiyməti kəskin ucuzlaşdı: Bazarda son vəziyyət

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdılar: "Səhərə kimi yatmamışıq"

Taksilərlə bağlı ciddi problemlər olacaq - Video

Ermənistan strateji əhəmiyyətli kəndi Azərbaycana qaytarmağa hazırlaşır

Məhərrəm ayı yaxınlaşır, toy etməyə tələsənlərin sayı artır

Dünyada çox güclü maqnit qasırğası başladı - Yenilənib

Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu yarımfinala yüksəlib - Yenilənib

Bayden debatların ikinci raundunda iştirak etmək niyyətindədir

Gəncədə dəhşətli hadisə: Mübahisə etdiyi şəxsləri benzinlə yandırdı

Ən çox oxunanalar