Bazar, 04 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

General Mark Milli: Ukraynada döyüşlər şiddətlənib...

General qeyd edib ki, əks-hücumun rəsmən başlandığını elan etmək Ukraynanın işidir...

“Ukraynada döyüşlər şiddətlənib, lakin əməliyyatlarla bağlı gündəlik hesabatlardan çox nəticə çıxarmağa dəyməz”.

Poliqon xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Associated Press Agentliyinə müsahibəsində deyib.

“Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində aktivlik var və döyüşlər bir qədər intensivləşib”, deyə Milli bildirib.

General qeyd edib ki, əks-hücumun rəsmən başlandığını elan etmək Ukraynanın işidir, o, sadəcə olaraq Ukrayna Silahlı Qüvvələrinin bu əməliyyata hazır olduğunu deyə bilər: “Bizim hesablamalarımıza görə, Ukrayna hərbçiləri istənilən hərəkətlərə, həm hücuma, həm də müdafiəyə yaxşı hazırlaşıblar”, deyə Milli vurğulayıb.

Milli deyib ki, o, müttəfiqlərin qışda verdiyi təlim və silahların Ukraynanı gələcək hərbi əməliyyatlara hazırladığına inanır: “Çoxlu təlim keçilib, çoxlu təchizat olub, digər ölkələr, o cümlədən ABŞ çoxlu sursat verib”, deyə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri qeyd edib.

“Hər hansı bir böyük döyüş kimi, müharibə də uğur və uğursuzluqdan ibarətdir. Hücum və müdafiə xarakterli hərəkətlər olacaq, aktivliyin artdığı günlər və azaldığı günlər də olacaq. Ona görə də irəli və geriyə hərəkətlər normaldır”, deyə Milli bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi

Türkiyəli bloqer Bakıdakı izdihamı "zoopark" adlandırıb? - Video

YAP-ın ən varlı namizədlərindən biri Məhəməliyevin sərvətinin tam siyahısı...

"Mərkəzi Komitənin şöbə rəhbəri məni otelə çağırdı…” – “Qayınana”nın Afəti

Paşinyan Lələkənddə: alver etdi, pulu az verdi - Video

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sumqayıtda baş vermiş bıçaqlanma hadisəsinin səbəbi açıqlanıb - Yenilənib

Avqustun 15-nə kimi ödəniş edən internet abunəçilərinə hansı tariflər tətbiq olunacaq? – Rəsmi açıqlama

Zakir Həsənov generalları topladı, döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Laçında mina partlaması nəticəsində yaralanan sakin Xankəndiyə təxliyə edilib - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay