Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Quliyev: “Beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi məsələləri böyük əhəmiyyət kəsb edir”

“Mövcud əməliyyat şəraiti vəziyyətində dövlət sərhədi milli təhlükəsizliyin təmin edilməsi üçün əsas səylərin cəmləşdiyi sərhəd olaraq qalır”...

Bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.

“Bunun fonunda beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi, yaranan problemlərin həlli və dövlət sərhədlərində sabitliyin təmin edilməsi üçün birgə səylərin birləşdirilməsi məsələləri getdikcə aktuallaşır. Odur ki, Dövlət Sərhəd Xidməti müxtəlif ölkələrin sərhəd xidmətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilməsinə və inkişafına böyük əhəmiyyət verir. Qonşu dövlətlərin sərhəd qurumları ilə qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və İranın nümayəndələri ilə görüşlər və məsləhətləşmələr keçirilir, gələcək əməkdaşlığın yeni forma və üsulları nəzərdən keçirilir”, - o bildirib.(report)

Poliqon.info


Etiket: Elçin Quliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ən çox oxunanalar