Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meksikada qandonduran hadisə: Uçurumun kənarında 45 çanta insan cəsədi tapıldı...

Meksikanın Qvadalaxara şəhərində uçurumun kənarında 45 torbada insan cəsədi tapılıb. Ərazidə iş aparılarkən cəsəd torbalarının uçurumun kənarında necə qaldığı hələ də aydın deyil...

Meksika hakimiyyəti Qvadalaxara şəhərinin qərbindəki uçurumun kənarında 45 çantada insan cəsədi tapıldığını açıqlayıb.

Poliqon xarici mətbuata əsasən xəbər verir ki, qandonduran hadisə Zapopan bələdiyyəsində təxminən 40 metr yüksəklikdəki dağ keçidinin dibində baş verib.

Xalisko əyalət prokurorluğu mayın 20-dən itkin düşdüyü bildirilən 30 yaşlarında olan iki qadın və beş kişi üçün axtarış və xilasetmə işlərinə başlamışdı. 7 nəfərin hər biri üçün ayrı-ayrılıqda itkin elanı verildiyini bildirən müfəttişlər hamısının eyni çağırış mərkəzində işlədiyini müəyyən ediblər.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, zəng mərkəzinin əməkdaşları qanunsuz fəaliyyətlə məşğul ola bilərlər. Polis hadisə yerində meyitlər, habelə mümkün kommersiya fəaliyyəti ilə bağlı sənədlər tapdıqlarını bildirib.

Çantalarda tapılan cəsədlərin dəqiq sayı hələ bilinməsə də, onların içərisində həm kişi, həm də qadın olduğu deyilir. Çətin ərazi və zəif işıqlandırma şəraiti səbəbindən axtarışların daha bir neçə gün davam edəcəyi gözlənilir.

İlk cəsəd çantası çərşənbə axşamı tapılıb. Lakin günəş işığının olmaması və çətin relyef şəraiti səbəbindən işlər çərşənbə gününə qədər dayanıb, bundan sonra da davam etdirilib.

Prokurorluqdan bildirilib ki, bütün qalıqlar toplanana qədər axtarışlar davam etdiriləcək. Cəsəd çantalarının uçurumun kənarına necə düşməsi hələ də qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, ölkədə yoxa çıxma hallarına kifayət qədər tez-tez rast gəlinir. Rəsmi məlumatlara görə, Meksikada 100 mindən çox insan itkin düşüb. Onıarın çoxunun mütəşəkkil cinayətkar qruplaşmaların qurbanı olduğu düşünülür. Bununla belə, cinayətkarlar nadir hallarda cəzalandırılır.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xətaidə su kəmərinin üzərində obyekt tikildiyi bildirilir - Video

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Rusiyanın Ukraynaya ballistik raket zərbələri nəticəsində ölənlərin sayı 51-ə çatıb, 206 yaralı var - yenilənib

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI: “Çindən gətirtmişəm...” - Foto

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Naxçıvana gedən yola nəzarəti özəl şirkət həyata keçirəcək?..

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Şuşada milyonluq binalar tikən şirkətin direktoru cərimələndi - Müqaviləsiz işçi çalışdırıb?

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

Ən çox oxunanalar